Azərbaycanlı məşqçi Türkiyə klubunda

Azərbaycanlı məşqçi Türkiyə klubunda
ÖLKƏ FUTBOLU 1 Yanvar 2019 / 18:48 6002
-  A +

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.

Qol.az-ın qardaş ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, o, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib.

"Darıca Gənclərbirliyi” 2-ci liqada 17 turdan sonra 20 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşb.

Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib.

Daha çox


Son xəbərlər
topaz banner