"Qəbələ"dən ailə vəziyyətimə görə ayrıldım"

"Qəbələ"dən ailə vəziyyətimə görə ayrıldım"
ÖLKƏ FUTBOLU 29 Dekabr 2018 / 16:44 4389
-  A +

“Qəbələ”dən hər hansı problemə görə ayrılmadım. Sırf ailə vəziyyətimlə bağlı bu qərarı verdim. Bakı klubunda oynamaq istəyirdim. Bir nömrəli səbəb budur”.

Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”dən “Sabah”a keçən Təmkin Xəlilzadə deyib. Futbolçu paytaxt klubuna transferinə imkan yaratdığı üçün əyalət təmsilçisinə təşəkkür edib:

“Oturduq, danışdıq. Söhbətimiz hardasa 2 gün çəkdi. Uzun müakirələrdən sonra ayrılıq gerçəkləşdi. “Qəbələ” mənə qarşı çox peşəkar davrandı. Onlara öz təşəkkürümü bildirirəm. Mənə elə bir çətinlik yaratmadılar”.

Təmkin “Sabah”ı seçməsinin səbəbini də açıqlayıb: “Ailəmlə birlikdə bütün təklifləri dəyərləndirdik. Ən ideal variant “Sabah” idi. Klubun gələcək planlarını öyrənəndən sonra bura keçmək mənim özümə də maraqlı gəldi. Ona görə də “Sabah”ı seçdim”.

Qeyd edək ki, Təmkin Xəlilzadə bu gün “Sabah”la 2 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner