"Neftçi"nin yeni transferi, braziliyalı Denis Silvanın müsahibəsi
-Denis, "Neftçi" PFK-ya transfer olunmağınla bağlı ilkin təəssüratların necədir?
-Bu, mənim karyeramda dərin iz buraxacaq vacib transferdir. Mən oynadığım bütün klublarda daim var gücümü meydanda qoymuşam. "Neftçi" böyük klubdur və mən yeni komandamla böyük hədəflər uğrunda mübarizə aparacağam. Əsas odur ki, mənim və "Neftçi"nin hədəfləri üst-üstə düşür. Mən klub prezidenti ilə görüşdə bir daha əmin oldum ki, "Neftçi"də hər şey peşəkar səviyyədə təşkil edilib.Mənim fikrimcə, belə prezidenti olan komandada futbolçuların heç bir problemi ola bilməz.
- Mətbuatın yazdığına görə, sizə bir çox klubdan təkliflər olub. Ancaq siz "Neftçi"yə keçməyə üstünlük verdiniz.
- Bildiyiniz kimi, son mövsümü "Qremio" Prudentenin heyətində keçirmişəm. Əlbəttə vətənimdə və Avropada bir çox klub məni transfer etməkdə maraqlı idi. Təbii ki, mən bütün təklifləri nəzərdən keçirdim, onların içərisində Azərbaycandan ilk təklifi irəli sürən "Neftçi"ni seçdim. "Neftçi"nin Azərbaycanın ən köklü komandası olması amilini də nəzərə aldım. Hər bir futbolçu üçün belə klubda oynamaq böyük şərəfdir.
- Hazırda CAR-da futbol üzrə dünya çempionatı davam edir və vətəninizin yığması Şimali Koreyaya qarşı ilk görüşünü keçirdi. Karlos Dunqanın komandasının oyununu necə qiymətləndirirsiniz ?
- Dünya çempionatı böyük və möhtəşəm turnirdir. Təbii ki, hər zaman olduğu kimi Braziliya yığması bu mundialda da qələbə qazanmağa ən real namizəddir. Mən düşünürəm ki, dünya çempionatında zəif rəqiblər olmur. Şimali Koreya ilə oyun bunu bir daha sübut etdi. Ancaq Braziliya yığmasının mundialda qələbəni bayram edəcəyinə ürəkdən inanıram.
Mənbə: "Neftçi"nin rəsmi saytı
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi