“Neftçi”nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Arif müəllim, Slavko Georgiyevskinin ardınca daha bir transferi gerçəkləşdirdiyiniz haqda məlumatlar yayılıb. Fərid Quliyevin keçidini tam həll etdiyiniz haqda xəbərlər nə dərəcədə doğrudu?
- Fərid Quliyevi komandamızda görməkdə maraqlıyıq. Bu yöndə işlər aparırıq. Amma onun keçidini həll etməyimiz barədə yayılan xəbərlər hələlik dəqiq deyil. Çünki müqavilə bağlamamışıq. Nə vaxt müqavilə bağlasaq, keçidini tam həll etsək, ondan sonra konkret nədənsə danışmaq olar. Hələlik isə, ortalıqda heç nə yoxdur. Özünüz də gördünüz ki, Slavko Georgiyevskinin keçidini həll edən kimi ictimaiyyətə məlumat verildi. Yeni transferlərimiz olan kimi, onlar haqda da eyni şəkildə məlumat veriləcək.
- “Standard” rəhbərliyinin futbolçusuna 200 min dollar qiymət qoyduğu bildirilir. Siz Fəridə görə bu məbləği ödəməyə hazırsınızmı?
- Bilirsiz, futbolçu keçidləri ilə klub rəhbərliyi məşğul olur. Təbii ki, hər bir futbolçu və onun klubu transferlər zamanı müxtəlif qiymətlər səsləndirirlər. Lakin danışıqlar zamanı hər iki tərəfin qarşılıqlı razılığı əsasında keçid həllini tapır. Yəqin ki, Fəridin komandamıza keçidi mümkün olsa, müəyyən məbləğ ödəniləcək. Ancaq yenə deyirəm ki, bu, sırf klub rəhbərliyinin apardığı danışıqlar nəticəsində məlum olacaq və mən bu barədə nəsə deyə bilmərəm.
- Millinin hücumçusundan başqa hansısa yerli futbolçu almağı planlaşdırırsınızmı?
- Bəli, başqa namizədlərimiz də var. Klub rəsmiləri həmin oyunçuların da keçidini həll etmək üçün müəyyən işlər görür, danışıqlar aparır. Yəqin ki, ən qısa zamanda bu yöndə işlər tamamlanacaq və sizlərə də ətraflı məlumat veriləcək.
- Siz Avstriya səfəriniz zamanı iki futbolçu bəyəndiyinizi bildirmişdiniz. Bəs Makedoniya millisinin digər üzvünün keçidini nə vaxt həll edəcəksiniz?
- Onun keçidi baş tutmadı. Məsələ burasındadır ki, biz onunla ilkin razılıq əldə etsək də, sonradan müəyyən problemlər yarandı. Məlum oldu ki, həmin futbolçunun hazırda çıxış etdiyi klubla müqaviləsi var. Təbii ki, müqaviləsi başa çatmayan oyunçunun transfer vərəqi verilmədiyindən, onun keçidini həll edə bilməzdik. Onun gəlişinə razılıq verilmədiyindən, artıq əlimizi üzmüşük və başqa transferlərin həllinə çalışırıq.
- Bəs digər legioner oyunçuların keçidini nə vaxta həll etmək fikrindəsiniz?
- Komandamız hazırlıqlara iyunun 20-də başlayacaq. Çalışırıq ki, transferlərin çoxunu həmin vaxta kimi həll edək və təlim-məşq toplanışına komplektləşmiş heyətlə başlayaq.
- Onda belə çıxır ki, digər gözaltı etdiyiniz legionerləri də sınaqdan keçirməyə ehtiyac duymursunuz və birbaşa müqavilə bağlamağa dəvət edirsiniz?
- Biz heyətimizə qatmaq istədiyimiz hər bir oyunçunu uzun müddətdi ki, izləyirik. Həm disklərinə baxmışıq, həm yoxlama oyunlarında iş başında görmüşük. Bildiyiniz kimi, bizim nümayəndəlirimiz Braziliyada da oldu və bir neçə oyunçunu bəyənib. İndi onların yolunu gözləyirik. Yəqin ki, ən yaxın günlərdə onlar da Bakıya gəlib, tibbi müayinədən keçəcək. Hər şey qaydasında olsa, onda həmin futbolçularla da müqavilə bağlayacağıq. Uzağı 2-3 oyunçunun keçidi təlim-məşq toplanışı dövrünə qala bilər ki, onları da tez bir zamanda həll etməyə çalışacağıq.
- Braziliyadan almaq istədiyiniz futbolçular arasında “Xəzər Lənkəran”ın keçmiş oyunçusu Denis Silvanın adı hallandırılır. Həqiqətənmi bu futbolçunu almaqda maraqlısınız?
- Açığı nümayəndəlirimiz orda bir çox braziliaylı oyunçularla görüşüb, danışıqlar aparıblar. Onların arasında Denis Silva da ola bilər. Amma onun komandamıza keçidi barədə heç nə deyə bilmərəm. Ortalıqda konkret heç nə olmadığı halda, nəsə deməyi xoşlamıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi