«Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov almaniyalı mütəxəssis Vinfred Şaferin komandaya baş məşqçi təyin edilməsi ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Baş məşqçi vəzifəsinə bir neçə namizəd olsa da, sonda Şaferin üzərində dayandınız. Niyə məhz bu mütəxəssisi seçdiniz?
- Dediyiniz kimi, namizədlərimiz çox idi. Amma sonda iki mütəxəssislə danışıqları davam etdirdik. Bunlardan biri Şafer,
digəri serbiyalı Bojidar Bandoveç idi. Sonuncu gənc və perspektivli məşqçi hesab olunur. Amma nəticədə biz daha təcrübəli məşqçiyə üstüklük verdik və Şaferlə iki illik müqavilə imzaladıq.
- Almaniyalı mütəxəssisin qarşısına avroliqadakı çıxışlarla bağlı konkret nə kimi şərtlər qoymusunuz?
- Təbii ki, qrup mərhələsinə düşməyi. Bu, bizim üçün çox vacibdir.
- Amma nəzərə alın ki, istənilən baş məşqçi dəyişikliyi komandanın oyununa mənfi təsir də göstərir. Şafer «Bakı»da yenidir, futbolçuları demək olar ki, tanımır, avroliqanın başlamasına isə təxminən bir ay vaxt qalıb.
- Hər şeyi zaman göstərəcək. Biz çalışacağıq ki, komanda uğursuz çıxış etməsin. Şafer futbolçuları hələ tanımaya bilər, amma biz ki, tanıyırıq. Ona görə də indi hamımız almaniyalı mütəxəssisə kömək etməliyik. İnanıram ki, Avropa Liqasında problemlə üzləşməyəcəyik.
- Şaferin transferi neçəyə başa gəldi? Yoxsa, məbləği gizli saxlayırsınız?
- Vallah, bu, bizim klubun daxili işidir. Bizim siyasətimiz elədir ki, transferin qiyməti açıqlanmır. Ona görə də üzr istəyirəm, bu haqda daha heç nə deyə bilmərəm.
- Belə söhbətlər var ki, Şaferin transferi «Bakı»ya bir milyon dollardan artıq məbləğə başa gəlib.
- Yox, bunlar boş söhbətlərdir.
- Klubunuzun prezidenti Hafiz Məmmədov Jaba səviyyəli 4-5 futbolunu transfer etmək istədiklərini deyib. Artıq transfer çalışmalarına başlamısınız?
- Bəli, bu proses həyata keçirilir. Komandamıza səviyyəli oyunçular qatacağıq.
- Həmin futbolçuların hansı ölkədən olduğunu açıqlaya bilərsiniz?
- Hamısı legionerdi, hansı ölkəni təmsil edir, bunu zamanı gələndə açıqlayacağıq.
- Şafer deyib ki, şəxsən tanıdığı futbolçuları da «Bakı»ya gətirmək istəyir. Almaniyalı məşqçi ulduz futbolçuları nəzərdə tutur?
- Ulduz futbolçu olmayada da bilər. Əsas odur ki, komandaya fayda versin və səviyyəli futbolçu olsun.
- Komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiniz?
- Yox. Hələ ki, bu haqda baş məşqçi qərar verməyib.
- Amma belə söhbətlər yayılıb ki, «Bakı» artıq Mahmud Qurbanovla futbolçu kimi yollarını ayırmaq və ona klubda başqa iş təklif etmək qərarı verib.
- Bir daha deyirəm, bütün futbolçularla bağlı son sözü baş məşqçi deyəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi