“Qarabağ”ın futbolçusu “Rubin”də

ÖLKƏ FUTBOLU 11 İyun 2010 / 12:06 2819
-  A +

“Qarabağ”ın 17 yaşlı futbolçusu Elgiz Kərəmliyə Rusiya çempionu “Rubin”dən dəvət gəlib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”a Kazan təmsilçisi tərəfindən daxil olan faksda 17 yaşlı yarımmüdafiəçi iyunun 16-na kimi baxışa dəvət olunub. Klubun direktoru Zyüba tərəfindən imzalanmış faksda “Rubin”in Elgizin xidmətində maraqlı olduğu və futbolçu bəyəniləcəyi təqdirdə kazanlılarla müqavilə bağlayacağı söylənilib.
Elgiz artıq bu gün “Rubin”in düşərgəsinə yollanacaq.

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır