"Neftçi"nin yeni transferi Slavko Georgiyevski klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Artıq "Neftçi" klubu ilə rəsmi müqavilə bağlamısınız. Təəssüratlarınız necədir?
- Çox şadam ki, "Neftçi" rəhbərliyi ilə danışıqlar uğurla nəticələndi. Danışıqlar prosesində bir-birimizi çox yaxşı anladıq. Əlbəttə, "Neftçi" ilə anlaşdığıma görə sevinirəm. Buna görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Azərbaycanın ən köklü klubunda oynamaq mənim üçün şərəfdir.
- "Neftçi"nin bazasına baş çəkdin, şəraitlə tanış oldun. Bu barədə nə deyə bilərsən?
- Bəli, bazada oldum, məşq meydançaları ilə tanış oldum. Hər bir klub öz qarşısına məqsədlər qoyur. Etiraf edim ki, mənim prinsiplərimlə "Neftçi"nin məqsədləri üst-üstə düşür. Bu, gələcəkdə uğurlu nəticə qazanmağa stimul verir.
- Bura gəlməmişdən öncə "Neftçi" haqqında eşitmişdin?
- "Neftçi" haqqında çox eşitmişdim. Bilirəm ki, "Neftçi" Azəbaycanın ən köklü, ən böyük tarixə malik klubudur. SSRİ çempionatının güclülər dəstəsində Azərbaycanı təmsil etməsindən xəbərim var.
- Bu gün mətbuatda sənin totalizator oyunlarında iştirak etməyin, futbol matçlarına pul qoyuluşu etdiyin barədə məqalə dərc edilib. Bunu vaxtilə səninlə birgə Kiprin "Etnikos" klubunda forma geyinən gürcü futbolçu Levan Kebadzeyə istinadən yazıblar. Doğrudanmı, totalizator oyunlarına qatılırsan?
- (gülür) Həqiqətən də bu, gülməli xəbərdir. Bilirsiniz, kiməsə şər atmaq, yalan məlumat yaymaq çox asandır. Levan Kebadze ilə heç yaxın münasibətlərim olmayıb. O, məni yaxından tanımadığı halda, belə sözləri necə danışa bilər? Mənə təəccüblüdür, qəzetlər bu xəbəri yazanda nəyə əsaslanırlar? Qoy, mənim üçün yalan detektoru hazırlasınlar. Həmin detektorda oturub, belə işlərlə məşğul olmadığımı danışmağa hazıram. Yalan danışsam, detektorda qırmızı işıq yanacaq və mənim yalançı olduğum üzə çıxacaq. Bir daha deyirəm ki, bunlar cəfəngiyyatdır. Totalizator oyunlarında iştirak etmədiyimi "Neftçi" rəhbərliyi və azarkeşlərinə sübut edə bilərəm. Qalanları nə danışırlarsa, danışsanlar.
- Flaqmanda 6 nömrəli formada çıxış edəcəksən. Məhz bu nömrəni götürməyinin xüsusi səbəbi var?
- Bu, mənim sevimli nömrəmdir. Həm Makedoniya yığmasına, həm Çin, həm də Koreya klubunda 6 nömrəli futbolkadan istifadə etmişəm. Xüsusi səbəbə gəlincə, atam da, qardaşım da futbolçu olanda, bu nömrə altında çıxış edib.
- Gələcək mövsümün "Neftçi" üçün necə keçəcəyini düşünürsən?
- Bura çempion olmaq üçün gəlmişəm. İndiyədək yalnız bir dəfə Skopye "Vardar"ında çempion olmuşam. Eyni sevinci ikinci dəfə "Neftçi"də yaşamaq istəyirəm. Komandaya yeni futbolçular cəlb olunacaq, daima əsas heyətdə yer almaqdan ötrü məni qarşıda ciddi və sağlam rəqabətin gözlədiyini bilirəm.
- Mayın 29-da Avstriyada Makedoniya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı forma geyinmisən. 3:1 hesabı ilə qalib gəldiyiniz həmin yoldaşlıq görüşünü necə xatırlayrısan?
- Yaxşı oyun alındı. Azərbaycan yığması texnikalı oyun nümayiş etdirdi. Bu qarşılaşmada əsas məqsəd müxtəlif taktiki sxemləri nəzərdən keçirmək idi. İstər Makedoniya, istərsə də Azərbaycan yığmasının məşqçi korpusu razı qaldılar.
- Bakı şəhəri ilə tanış olmağa vaxt tapa bildin?
- Hə, şəhərdə gəzdim, görməli yerlərində oldum. Bakı çox xoşuma gəldi. Dərhal həyat yoldaşıma SMS yazdım ki, mən dünyanın ən gözəl şəhərlərindən birindəyəm. İstəyirsinizsə, həmin SMS-i göstərə bilərəm.
- Bakıya nə vaxt qayıdacaqsan?
- Dünən tibbi müayinədən keçdim. Tibbi müayinənin nəticələri yaxşı oldu. Bu gün vətənimə yollanıb, iyunun 19-da geri qayıdacağam. İyunun 20-də isə "Neftçi"də ilk məşqimə çıxacağam.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi