Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts affa.az və affavideo.az saytına müsahibə verib. Qol.Az həmin müsahibəni olduğu kimi təqdim edir.
- Yoxlama oyunlarının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Hər üç rəqibimiz FİFA-nın reytinq cədvəlində bizdən yüksəkdə qərarlaşıb. Fikrimcə, bu oyunlarda gənc komandamız pis nəticə göstərməyib. Yoxlama oyunlarında nəticə deyil, şans verdiyim futbolçuların özlərini necə göstərməsi vacibdir. Biz gücümüzə bələdik və hansı səviyyəyə malik olduğumuzu, nə istədiyimizi bilirik və işimizi davam etdiririk. Bu komandada irəliləyişin olacağına inanıram.
- Yığmanın heyətində ilk dəfə meydana çıxan futbolçulardan necə, razı qaldınızmı?
- Yığmanın heyətində ilk dəfə meydana çıxan futbolçulardan razı qaldım. Bizim getməli olduğumuz yeganə yol budur. Ancaq bu yolla irəliləyə, futbolu inkişaf etdirə bilərik. Üç oyunu nəzərə alsaq, şans verdiyim yeni futbolçulardan razı qaldım. Ancaq onlar çox çalışmalıdırlar. Klublarında bu futbolçulara şəraitin yaradılacağına inanıram. Onlar burada öyrəndiklərini inkişaf etdirsələr, gələcəkdə bu futbolçuların oyunundan həzz alacağıq.
- Futbolçular verdiyiniz tapşırıqları oyunlar zamanı yerinə yetirə bildilərmi?
- Təbii ki, onlardan razı qaldım. Verdiyim tapşırıqları yerinə yetirdilər. Oyunlar zamanı qol epizodları yarada bildik. Əlbəttə, 3 gündən bir oyun keçirdiyimizə görə, çox məşq keçməyə vaxt qalmır. Çünki oyunçuların dincəlməsinə də vaxt ayrımaq lazımdır. Unutmayaq ki, bizim əsas futbolçularımızdan olan Vaqif Cavadov hər 3 oyunda bizə kömək edə bilmədi. O, zədəlidir və tam sağalmayıb. Fərid Quliyev isə ikinci oyunda zədələndi və son matçda meydana çıxa bilmədi. Buna baxmayaraq, qol epizodları yarada bildik. Sadəcə, bu imkanlardan daha çox istifadə etmək üzərində çox işləməliyik.
- Oyundan sonra futbolçular buraxdıqları səhvləri etiraf etdilərmi?
- Futbolçular heç vaxt öz səhvlərini boyunlarına almırlar. Sözsüz, biz vaxt tapıb videotəhlillər aparacağıq və səhvləri oyunçulara göstərəcəyik. Eyni zamanda, buraxılan səhvlərin üzərində növbəti toplanış zamanı işləyəcəyik. Çünki seçmə oyunlarda bu cür səhvlər buraxmaq olmaz. Ümid edirəm ki, verdiyim plan Peşəkar Futbol Liqasının təqvimi ilə uyğun gələcək və biz planlaşdırdığımız təlim-məşq toplanışlarını keçirə biləcəyik.
- Necə düşünürsünüz, seçmə mərhələnin oyunları üçün formalaşmış komandamızın olduğunu söyləmək mümkündürmü?
- Bəli, komandamızın artıq fomalaşıb və biz sabah Almaniya yığmasına qarşı oynaya bilərik. Yeri gəlmişkən, millinin üzvləri rəqibimizin oyununu stadiondan canlı izlədilər. Onlar azarkeşlərin yığma futbolçularını necə salamlamalarının və dəstəkləmələrinin şahidi oldular.
- Növbəti toplanışa qədər millinin üzvlərinə hansısa tapşırıqlar vermisinizmi?
- Bəzi futbolçulara bildirmişəm ki, sürət baxımından üzərlərində işləməlidirlər. İnanıram ki, klub məşqçiləri də bu işdə onlara kömək edəcəklər. Bəzi klub məşqçiləri var ki, milli komandaya kömək edirlər. Fürsətdən istifadə edib «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadova təşəkkürümü bildirmək istəyirəm. O, məsləhətləri ilə bizə çox kömək edir, dəstək olur.
- Təşkilati işlər necə, sizi qane etdimi?
- Toplanışdan əvvəl Avstriyaya gələrək qalacağımız otelə, eləcə də məşq və oyun keçirəcəyimiz stadionlara baxmışdım. Yəni şəraitlə tanış idim. Təşkilatçılıq yüksək səviyyədə idi. Məni narazı salan yeganə məqam hava şəraiti ilə bağlı oldu. Buna baxmayaraq, hazırlıqdan razı qaldım.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi