Bu gün «Qarabağ»la bir illik yeni müqavilə imzalayan millimizin kapitanı Rəşad Sadıqov Qol.Az saytının suallarını cavablandırıb
- «Qarabağ»dan başqa digər klublar da sənə təklif göndərmişdi. Ağdam komandasını hansı amillərə görə seçdin?
- Düzü, «Qarabağ» kimi mənə heç bir klub real təklif irəli sürməmişdi. «Qarabağ»da isə həm rəhbərlik, həm də baş məşqçi mənim komandada qalmağımı istədi.
- Amma «Neftçi» də səni öz heyətində görməkdə maraqlı idi. Konkret klubun prezidenti Sadıq Sadıqov bunu gizlətmirdi.
- Bəli, Sadıq müəllimin belə bir fikri vardı. Onunla münasibətlər çox yaxşıdır. Amma mən «Neftçi»nin baş məşqçisi Arif Əsədovun müsahibələrindən hiss etdim ki, o, məni komandasında görmək istəmir. Özümə də çatmadı ki, niyə.
- Məgər, Arif Əsədovla münasibətləriniz soyuqdur?
- Əksinə, şəxsi münasibətlərimiz çox gözəldir. Sadəcə, o, «Neftçi»də gəncləşdirmə siyasəti aparacağını bildirir. Mən də onun bu fikrinə hörmətlə yanaşıram. Mənim üçün ən çox baş məşqçinin rəyi önəmlidir.
- «Qarabağ»ı seçməyində Qurban Qurbanovla dostluq münasibətləriniz nə dərəcədə rol oynadı?
- Təbii ki, bu qərarı verməyimdə Qurban müəllimlə münasibətlərimin rolu oldu. Amma mənim Qurban Qurbanov kimi xeyli dostum var. Mən «Qarabağ»ı Qurban Qurbanovla dostluq münasibətlərinə görə deyil, onun bir məşqçi kimi yüksək keyfiyyətlərinə görə seçmişəm. Birdə komandadakı ab-hava, məşqçilərin və rəhbərliyin mənə münasibəti çox yaxşı olduğuna görə sonda «Qarabağ»ı seçdim.
- Müqaviləndə belə bir şərt var ki, xarici klub istəyərsə, Ağdam klubunu tərk edə bilərsən.
- Bəli. Hazırda Türkiyə klubları ilə danışıqlar gedir. Əgər şərtlər məni razı salsa, qardaş ölkəyə üz tutacağam.
- Yəqin ki, əvvəlkitək superliqada oynamaq istəyirsən.
- Elədir. Mənə Bank Asya liqasından da təkliflər var. Amma bunları qəbul etmirəm.
- Milli komandanın düşərgəsindən yeni qayıtmısan. Təlim-məşq toplanışı necə keçdi?
- Normal məşq keçdik, bir neçə oyunda meydana çıxdıq. Düşünürəm ki, bu oyunların seçmə mərhələdə bizə çox xeyiri dəyəcək.
- Nəticələri qaneedici saymaq olar?
- Normaldır. Moldova komandasını uda bilərdik, son dəqiqələrdə cərimə zərbəsindən öz qapımızda qol gördük. Makedoniya ilə oyunda bir neçə qol imkanımız oldu, vura bilmədik. Nəticədə daha təcrübəli rəqibimiz qələbə qazandı. Dünya çempionatının iştirakçısı olan Hondurasla görüşdə isə üstün futbol oynadıq, rəqibi məğlub edə bilərdik. Əsas odur ki, bu qarşılaşmalarda bir neçə gənc futbolçu debüt etdi.
- Onların oyunundan razı qaldın?
- Ümumiyyətlə, təkcə bu dəfəki deyil, əvvəlki toplanışlara cəlb olunan debütantlar da özlərini yaxşı tərəfdən göstərə bildilər.
- Çempionat yenicə başa çatandan sonra millinin təlim-məşq toplanışı başladı. Bir neçə gün sonra «Qarabağ» Türkiyədə hazırlıq keçəcək. Yorulmamısan ki?
- Açığı, artıq bezmişəm. Düşünürdüm ki, iki həftə istirahət edim. Amma bu gün Qurban müəllim tələb etdi ki, Türkiyədəki toplanışa gedim. Bilirsiniz ki, «Qarabağ» avrokuboklara ciddi hazırlaşır, ona görə də komandanın düşərgəsində olmalıyam.
- Bu yüklənmələr Avropa Liqasının matçlarında sənin oyunlarına nə dərəcədə mənfi təsir edə bilər?
- Çalışacağam ki, həm hazırlığıma, həm də istirahətimə fikir verim. Avropa kuboklarında problem yaşayacağıma inanmıram. Çalışmalıyam ki, bu yüklənmənin mənfi təsiri özünü çempionatın oyunlarında göstərməsin.
- Qarşıdan avroliqanın püşkatma mərasimi gəlir. «Qarabağ»ın mümkün rəqibləri sırasında ermənilər də var. İndidən Azərbaycanda çoxları Ağdam klubunun ermənilərlə qarşılaşmasını istəyir.
- Düzü, bu haqda çox danışmaq istəmirəm. Püşkatma olsun, fikrimi deyərəm. Amma qeyd edim ki, ermənilərlə qarşılaşma çox ağır və stressli ola bilər. Mən bir dəfə «Neftçi»də oynayanda ermənilərlə qarşılaşmışam və belə görüşlərin məsuliyyətini yaxşı başa düşürəm. Bir də həmin anları yaşamaq istəmirəm. Biri var əsl döyüşdə, hərb meydanında onlarla üz-üzə gələsən, biri də var, futbolda… Mən hərb meydanında ermənilərlə üz-üzə gəlmək istəyərəm, amma futbolda yox. Futboldur, uda da bilərsən, uduza da… Sonra vətəninə qayıdacaqsan…
- Yeri gəlmişkən, deyəsən, Moskvada ermənilərlə qarşılaşanda soyunub-geyinmə otağında rəqibin bir futbolçusunu vurmuşdun.
- Xatırlamıram (gülür).
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi