Unibank Premyer Liqasında aprel və may aylarının ən yaxşı oyunçularının təltifetmə mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirin rəsmi hissəsindən sonra media nümayəndələrinin suallarını cavablandırmışdır. Qol.Az həmin müsahibə ilə sizi də tanış edir.
- Gələn mövsüm Premyer Liqa hansı formatda keçiriləcək?
- Növbəti mövsümdə də "altılıq" formatı saxlanılacaq, lakin "qızıl xallar" nəzərə alınmayacaq. Çünki, çempionat boyu bir sıra media nümayəndələrinin etirazı ilə qarşılaşdıq. Hər şeyə real baxmaq lazımdr. Əvvəki çempionatlar bundan maraqlı deyildi. "Altılıq" sistemi sayəsində oyunların sayını çoxaltdıq, Avrokuboklarda bunun nəticəsini görəcəyik. 3-4 dövrəlik sistem həm oyunların sayı üçün, həm də Avropada komandaların uğurlu çıxışı üçün önəmlidir. İkinci altılığın maraqsız olması fikri ilə razı deyiləm. Orada da çox gərgin oyunlar getdi. Hər bir komanda sonadək "altılıq"dan çıxmamaq üçün mübarizə apardı. "Simurq" klubu belə Premyer Liqadan düşə biləcəyini ehtimal edirdi. Bu sistem futbolçular üçün əlavə oyun praktikasının qazanılmasına səbəb oldu, yeni cavan hakimlər meydana çıxdı. Hətta hakimlər ikinci altılığın oyunlarının daha çətin olduğunu deyirdilər. Mənim fikrimə görə, qızıl xallar prinsipini dəyişmək lazım deyil.
- Yeni mövsümdən bütün stadionlarda "Fair play" bayraqlarının asılması təmin olunacaqmı?
- Bəzi stadionlarda "Fair play" bayrağının olmaması oradakı şəraitsizlikdəndir. Bir sıra KİV-də yazılır ki, çempionatda iştirak edən komandaların sayı azdır. Lakin kifayət qədər komanda yoxdur ki, çempionata buraxaq. Yeni mövsümün püşkatması iyunun 10-12 arasında olacaq. 10 komandanın iştirakı ilə olan çempionatın əleyhinəyəm. Çünki belə olan halda futolçuların sayı azalır.
- Bu mövsümdən etibarən hakimlərin qiymətləri açıqlanmır. Bu nə ilə bağlıdır?
- Buna səbəb bəzi hakim-inspektorların bilərəkdən hakimə yüksək və ya aşağı qiymət yazmasıdır. Lakin mən həmin inspektorlarla birgə kasetə baxıb onların qərəzliliyini sübut etdim. Həmin hakimə yenidən oyun verdik. Mətbuat isə bu cür hallardan yanlış istifadə edir. Avropada da hakim qiymətləri və cəzalanmaları açıqlanmır.
- Azərbaycan kubokunun final oyununun hakimi son anda dəyişdirildimi?
- Bu qabaqcadan nəzərdə tutulmuşdu. Elçin Məmmədovun kubokun finalına təyin olunmaması haqsızlıq olardı. Çünki Premyer Liqanın bütün oyunlarını yaxşı idarə etmişdi.
- "Gəncə" klubu Dünya statistikalarına "Kəpəz" adı ilə tanınır. Komandanın köhnə adı qaytarılacaqmı?
- "Gəncə" klubunun adının necə olmağından asılı olmayaraq, əsas odur ki, komanda olsun. Klub rəhbərliyi ilə görüşəndə "Gəncə"nin köhnə adının qaytarılması fikrini nəzərlərinə çatdıracam. Lakin biz klubu buna məcbur edə bilmərik.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər