Azərbaycan yığması Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirdi. Moldova ilə heç-heçə nəticələnən qarşılaşmadan sonra milli komandamızın baş məşqçisi Berti Foqts jurnalistlərə müsahibə verib
- 1:1 oyunun ədalətli nəticəsi idi. Birinci hissədə biz, ikinci hissədə isə rəqib yaxşı oynadı. İlk yarıda daha baxımlı futbol nümayiş etdirdik. İkinci 45 dəqiqədə isə Moldova yığması daha yaxşı təsir bağışladı.
- Azərbaycan çempionatı yeni başa çatıb. Futbolçularda yorğunluq hiss olunurdu?
- Çox təəssüf ki, rəqib ikinci hissədə bizdən üstün idi. Hiss olunurdu ki, futbolçularda yorğunluq var idi. Növbəti, eləcə də rəsmi oyunlarda daha yaxşı çıxış etmək üçün hazırlaşmalıyıq. Belə təlim-məşq toplanışları çox olmalıdır ki, bu çatışmazlıqları aradan qaldıraq.
- Milli komandada daha bir futbolçu debüt etdi. Gənc müdafiəçi Vurğun Hüseynovun sərgilədiyi oyundan nə dərəcədə razı qaldınız?
- Beynəlxalq oyun yoldaşlıq görüşündən fərqlənir. Bununla belə, mən Vurğunun çıxışından razı qaldım. Təkbətək mübarizələrdə bir az diqqətli olmalıdır. Fikrimcə, biz gələcəkdə onun oyununda həzz alacağıq. Tez-tez keçirilən toplanışlar həm də ona görə lazımdır ki, Vurğun kimi gənc futbolçular təcrübə yığsınlar.
- Bu görüşdə elə bir futbolçu oldumu ki, Foqts həm yaxşı, həm də pis mənada ondan istədiyini ala bilmədi?
- Ön xətdə Rauf Əliyevlə Fərid Quliyevin oyunundan razı qaldım. Hər ikisi çox gözəl oynadılar. Onlar rəqibin müdafiəçilərini çox yordular.
- Oyun zamanı 2 futbolçumuz - Maksim Medvedyevlə Ruslan Abişov zədələndi...
- Görüş yeni başa çatdığı üçün onlardan vəziyyətindən hələlik xəbərim yoxdur.
- Bəs Vaqif Cavadovun Makedoniya ilə mayın 27-də keçiriləcək oyunda meydana çıxması gözlənilirmi?
- Xeyr, Vaqif həmin görüşdə oynamayacaq. Onun hazırda xeyli problemi var, bunu aradan qaldırmaq üçün çalışırıq. O, mənə gələcəkdə lazım olacaq. İndi meydana çıxsa, qorxuram ki 6-7 ay bizə kömək edə bilməsin.
- Makedoniya ilə qarşılaşmada heyətdə çoxmu dəyişiklik olacaq?
- Olacaq, amma çox yox. Bir neçə mövqedə dəyişiklik edəcəyəm.
- Ümumiyyətlə, belə oyunlarda nəticə nə dərəcədə vacibdir?
- Məşqçi üçün belə qarşılaşmalarda nəticə vacib deyil. Məşqçiyə lazımdır ki, futbolçu çoxlu oyun keçirsin.
Mənbə: apasport.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı