Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Berndhard Lippertin Qol.Az saytına müsahibəsi
- Sabah komandamız moldovalı həmyaşıdları ilə yoxlama oyunu keçirəcək. Bu matç ərəfəsində futbolçularımızın durumu sizi qane edir?
- Bildiyiniz kimi, Azərbaycanda futbol mövsümü yenicə başa çatıb. Sözsüz ki, bu dəqiqə oyunçularımızın durumu yaxşı deyil. Təkcə bizdə yox, rəqibdə də eyni vəziyyətdir.
- Komandaya yeni heyətə cəlb olunan futbolçuların imkanlarından seçmə mərhələdə istifadə edəcəksiniz?
- Bilirsiniz, bu gün bizim Berti Foqtsun rəhbərlik etdiyi milli komandada da bir neçə futbolçumuz var. Foqts onların sınaqdan keçirir. Bizim ehtiyat qüvvəmiz hər zaman hazır olmalıdır ki, Berti Foqts əsas komandaya U-21-dən futbolçuları cəlb etdikdə bizim üçün çətin olmasın.
Məhz bu səbəbdən biz bu təlim-məşq toplanışını təşkil etmişik. Burada özünü ən yaxşı tərəfdən göstərənləri seçəcəyik. Üstəgəl A milli komandadan gələnlərlə də komandanı formalaşdırıb Avropa çempionatının seçmə mərhələsində Albaniya və Belarusla oyunlarına hazırlaşacağıq. Həmin görüşlərdə mən hazırlığı ən yüksək səviyyədə olan futbolçulara şans verəcəyəm.
- U-21-ə cəlb olunan futbolçuların çoxusu öz klublarında əsas heyətdə oynamır. Bu amil sizi narahat etmir?
- Mən özüm də iki ildir müraciət edirəm ki, hər bir klubun əsas heyətində U-21-in ən azı bir futbolçusu olmalıdır, U-19-un bir futbolçusu isə ən azı «18»liyə düşməlidir. Amma hələ buna nail ola bilməmişik. Azərbaycan futbolunun səviyyəsi istədiyimiz kimi deyil. Mənim də Buzovnaya, Lökbatana gedib futbolçu tapmaq xoşuma gəlmir. İndi bizim klublarda əsas heyətdə gənc futbolçulara çox yer verilməlidir. Təəssüf ki, bu, çox azdır. Və bu məsələ məni ciddi şəkildə narahat edir.
- Yeri gəlmişkən, əksər klublarımızda yerli gənc futbolçulara deyil, daha çox legionerlərə üstünlük verilməsi narazılıq doğurur. Bu məsələylə bağlı sizin fikirləriniz necədir?
- Biz məşqçilər bununla bağlı qərar vermək səlahiyyətində deyilik. Yalnız təkliflərimizi federasiyanın ən yüksək səviyyəli şəxslərinə çatdırırıq. Bu məsələ ilə bağlı federasiya ilə PFL birgə dəyişiklik edə bilər. Mən də AFFA-nın bir əməkdaşı kimi Azərbaycanda futbolun inkişafı üçün əlimdən gələni etməyə çalışıram. Bu mənada, AFFA və PFL elə etməlidir ki, legionerlərlə bağlı qərar verəndə həm millinin, həm də klubların marağını qoruya bilsin. Çünki klubların iqtisadi maraqlarını nəzərə almaq lazımdır. Həm də elə etmək lazımdır ki, Azərbaycana daha çox səviyyəli legionerlər gəlsin. Əlbəttə ki, bu, futbolun inkişafına təkan verən amil ola bilər.
- Moldovayla sabahkı yoxlama oyununda qarşısınıza qələbə məqsədi qoymusunuz, yoxsa daha çox taktiki gedişlərinizi sınaqdan çıxaracaqsınız?
- Mənim məşqçi kimi ən böyük məqsədlərimdən biri odur ki, bütün oyunlarda qələbə qazanam. Bütün oyunları udmaq istəmirsənsə, bu, çox pis hal olar. Moldova ilə qarşılaşmada bizə uğurlu nəticə lazımdır. Nəticə qədər bizə futbolçuların xarakterinin hansı səviyyədə olduğunu da bilmək önəmlidir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi