“Bilirdik ki, “Qarabağ” ilk dəqiqələrdən hücum edəcək” - qolu sınan futbolçu

“Bilirdik ki, “Qarabağ” ilk dəqiqələrdən hücum edəcək” -  qolu sınan futbolçu
XƏBƏR 31 Avqust 2018 / 02:09 7409
-  A +

“Gözlənilməz bir şey olmadı. Bilirdik ki, “Qarabağ” ilk dəqiqələrdən hücum edəcək. Belə də oldu. Ancaq zədələndiyim üçün oyunun ikinci hissəsini izləyə bilmədim. Ona görə də bu barədə mox danışa bilməyəcəyəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:3) sonra “Şerif”in hücumçusu Aleksandr Boyçuk deyib.

Matçın 26-cı dəqiqəsində hava topu mübarizəsi zamanı Donald Gerye ilə toqquşmadan sonra yerə düşən futbolçu qolundan ciddi zədə alaraq, meydanı tərk etməli olub. Hətta fasilədə 21 yaşlı futbolçunu Bakıdakı klinikalardan birinə aparıblar. Hakim moldovalı oyunçuya çıxıq diaqnozu qoysa da, Boyçuk sınıqdan şübhələnir:

“Həkim dedi ki, qolum çıxıb. Amma Moldovaya qayıtdıqdan sonra tomoqrafiya etdirəcəyəm. Düşünürəm ki, bu, yüz faiz sınıqdır”.

Daha çox


Son xəbərlər
topaz banner