Bu gün millinin media işçiləri üçün də açıq olan məşqi keçirilib. Qol.Az-ın məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbəsi stadionunda keçirilən məşq prosesi zamanı əsas komandamızın baş məşqçisi Berti Foqts jurnalistlərin suallarını cavablandırıb. Almaniyalı mütəxəssis ilk olaraq hazırlıq prosesinin gedişi barədə məlumat verib:
- Cəmi iki gündü bir yerdəyik. Futbolçularda yorğunluq özünü biruzə verməkdədir. Bu da aydın məsələdir. Çünki hər biri ağır bir mövsüm arxada qoyublar. Lakin yığmanın da güclü, formada olması üçün bu hazırlıq prosesi vacib əhəmiyyət daşıyır. Qarşıda bizi təlim-məşq toplanışlarıyla yanaşı üç yoldaşlıq görüşü də gözləyir. Millinin son oyunu mart ayında baş tutub. Dərhal hiss olunur ki, uzun müddət bir yerdə olmamışıq. Müəyyən çatışmazlıqlar diqqət çəkir. Xüsusilə sürət baxımından çatışmazlığı qeyd etmək istərdim. Buna görə də, indi yaxşı hazırlaşmaq lazımdır ki, mənim də heyəti müəyyənləşdirməkdə ciddi problemlərim olmasın.
- Heyətdə yeni dəyişiklər olmayacaq ki?
- Dəyişiklik gözlənilmir. Ancaq biz kubokun final matçını gözləmək məcburiyyətindəyik. Çünki “Bakı”yla “Xəzər Lənkəran”dan da bizə qoşulacaq futbolçular olacaq ki, onların yolunu gözləyirik. Həmçinin bu gün və sabahkı məşq proseslərində hansısa oyunçuların hazırlıq səviyyəsi məni qane etməsə, həmin futbolçuların Avstriyaya aparılmaması da mümkündür. Böyük ehtimalla 24-25 futbolçuyla gedə biləcəyik.
- Yoldaşlıq oyunlarında niyə məhz Moldova, Makedoniya və Honduras yığmalarına üstünlük verilib? Bunlar təsadüfi rəqiblərdir, yoxsa seçmə mərhələdəki rəqiblərimizin oyun taktikasına uyğun seçiliblər?
- Sözsüz ki, mövsümün sonu olduğundan, belə vaxtlarda rəqib tapmaq elə də asan olmur. Mən istərdim ki, daha güclü rəqiblərlə qarşılaşaq. Amma bu məsələlər heç də asan başa gəlmir. Hər bir yığmanın öz planları olur və belə razılaşmaları əldə etmək çətin olur. İstənilən halda mən bu 3 komandayla yoldaşlıq görüşü keçirəcəyimizə görə çox sevinirəm. Düşünürəm ki, əsas olan da məhz budur.
- Yeni köməkçilərinizdən Vəli Qasımovun işi sizi qane edirmi?
- Vəli Qasımov artıq 3 gündü bizimlədir. Onun göstərdiyi işdən, fəaliyyətindən çox razıyam. Bildiyimə görə, futbolçu kimi çox yaxşı keçmişə malikdir. Peşəkar bir futbolçu kimi ölkə xaricində də oynamaq imkanı qazanıb. Məncə, onun kimi peşəkar bir oyunçunun gənc futbolçularımıza nümunə olması milliyə böyük fayda gətirə bilər. Hər halda işbirliyimizin nə dərəcədə faydalı olacağını gələcək göstərəcək. Çox güman ki, fəaliyyətini davam etdirəcək.
- AFFA-nın baş katibi Elxan Məmmədov da deyib ki, Vəli Qasımov hələlik millidə sınaq üçün fəaliyyət göstərir, təyinatı rəsmiləşməyib. Ola bilərmi ki, Avstriyaya başqa bir köməkçi məşqçiylə yollanasız?
- Onun az-çox bu sahədən xəbərinin olduğunu bilirəm. Yenə deyirəm ki, işbirliyimiz uğurlu alınsa, elə Avstriyaya da getməsi mümkündür. Bir də onu deyim ki, milli komanda sınaq meydanı deyil. Ola bilər ki, Vəli Qasımov aşağı yaş qrupları üzrə milli komandalardan birində baş məşqçi kimi də çalışması mümkündür.
- Amma siz bir ara Təbriz Həsənovun da işindən razı qaldığınızı demişdiniz və onu özünüzə köməkçi gətirmək fikrindəydiniz...
- Mən yenə də onun iş prinsiplərindən, fəaliyyətindən razıyam. Bildiyiniz kimi, hazırda o da millinin uğurları üçün çalışır. Rəhbərlik etdiyi aşağı yaş qrupu üzrə yığma ilə yaxınlarda Almaniyaya gedəcək. Orda 5 sınaq matçına çıxaracaq komandasını. Gözəl komanda formalaşdırıb. Onun fəaliyyətindən narazı qaldığımı deyə bilmərəm.
- İlqar Qurbanov yenidən yığmaya qayıtmaq üçün sizdən üzr istəməyə hazır olduğunu bildirib. Onu bağışlamağınız, yenidən milliyə çağırmağınız mümkündürmür?
- İlqar Qurbanova məndən üzr istəmək lazım deyil. O, ilk növbədə “Olimpik-Şüvəlan”ın heyətində daha çox oyun keçirməyə çalışmalıydı. Fiziki cəhətdən tam hazırlıqlı olsa, qollar vursa, daimi oyun təcrübəsinə malik olsa, yığmaya dönüşü baş verə bilər. Bunun üçün üzr istəməyə də heç bir ehtiyac yoxdur. Amma mən onu “Olimpik-Şüvəlan”ın heyətində təsadüfi hallarda görürdüm. Klubunda heyətə düşməyi bacarsa, sözsüz ki, milliyə də çağırılacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi