Unibank Premyer Liqasının 2009/10-cu il mövsümünün başa çatmasına bir tur qalsa da, Bakının "Neftçi" klubu Avropa miqyaslı yarışlardan kənarda qalıb. Komandanın heyətində çıxış edən legioner futbolçular aşağı səviyyədə oyun göstərərək, buna zəmin yaradıblar. Bir neçə tur əvvəl komandanın 3 futbolçusu – Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atem baş məşqçi Arif Əsədov tərəfindən əvəzedici heyətə göndərilib. Qol.Az-ın "Neftçi"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi son illər ərzində komandaya böyük ümidlərlə cəlb onunan, amma etimadı doğrultmayan daha bir neçə legioner futbolçunu komandadan uzaqlaşdırmaq qərarına gəlib. Əcnəbi futbolçularla dəfələrlə danışıqlar aparılsa da, "Qəbələ" ilə son səfər oyununda onlara şans verilsə də, futbolçular növbəti dəfə ümidləri doğrultmayıblar. Gələcəyin komandasını yaratmaq niyyətində olan "Neftçi" klubunun yeni rəhbərliyi komandada yeni ruh, yeni nəfəsin lazım olduğuna qərar verib. Bu məqsədlə klub legioner futbolçular – Adrian Neaqa, Marian Aliuta, Suat Usta, Taavi Rahn, Valter Quqlemon və Vladimir Voskoboynikovla yollarını ayırıb. Adlarıçəkilən futbolçular komandanın bu günkü məşqinə buraxılmayıblar. Əvəzində, əvəzedici heyətdən layiqli futbolçular əsas komandaya cəlb olunublar. Həmçinin, yaxın günlərdə komandaya yüksək səviyyəli legionerlərin transfer olunması ilə bağlı işlər aparılır. Azərbaycan çempionatı başa çatdıqdan sonra klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi" PFK-nın geniş toplantısı keçiriləcək və gələcəyin komandasının yaradılması ilə bağlı müvafiq qərarlar veriləcək.
Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi Arif Əsədov dünən Qol.Az-a açıqlamasında bu haqda məlumat vermiş, sadəcə konkret adları açıqlamamışdı.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı