«Bakı»nın braziliyalı hucumçusu Jabanın Qol.Az saytına müsahibəsi
- Komandanız ölkə kubokunun yarımfinalında “İnter”i məğlub etməklə finala çıxdı. Bu oyunda sən də qol vurdun və komandanın uğurunda əsas sahiblərindən oldun.
- Bu oyunda “Bakı” həqiqətən də yaxşı təsir bağışladı. Çoxları finalda “İnter”i görsə də, biz bunun əksini sübut etdik. Çox ağıllı oynamaqla finala çıxdıq. Qələbədə təkcə mənim yox, bütün komanda üzvlərinin böyük rolu var.
- «Bakı»nın növbəti oyunu da “İnter”lə öz meydanında olacaq. Bu dəfə çempionatın oyununda üz-üzə gələcəksiniz.
- Bizi çox çətin oyun gözləyir. Lakin “İnter” klubunda bu aralar bir qədər inamsızlıq hökm sürür. Mənə elə gəlir ki, biz “İnter”dən üç xal alacağıq. Biz hazırda «İnter»lə matçdan daha çox “Xəzər Lənkəran”la oyunu haqda fikirləşirik. Lənkəranda bizi çətin oyun gözləyir.
- “Bakı”nin çempion olmaq, yoxsa kuboku qazanmaq şansı daha böyükdür?
- Göründüyü kimi,”Bakı” hər iki mükafata iddiasını davam etdirir. Lakin biz daha çox ölkə çempionu olmaq istəyirik. Mən əminliklə deyirəm ki, «Bakı» çempion olacaq!
-“Bakı”nın əsas hədəfi də elə budur.
- Başda prezidentimiz Hafiz Məmmədov olmaqla çox yaxşı kollektivimiz var. Klubda əhval-ruhiyyə çox yüksəkdir. Təbii ki, bu, əsas şərtlərdən biridir. Belə olduqda isə biz çalışacağıq ki, bu il mümkün olan bütün titulları qazanaq.
- Bülənt Qorxmaz “Bakı”dan getdikdən sonra belə bir fikir səslənirdi ki, Jaba da komandanı tərk edəcək.
- Bülənt Qorxmazla mənim çox yaxşı münasibətim olub. Elə indinin özündə də bu münasibət davam edir .O söz- söhbətlər məni artıq maraqlandırmır. Hazırda məni birinci növbədə “Bakı” klubunun uğurları düşündürür. Mən komandamın uğurları üçün çalışıram.
- Təxminən 6 ilə yaxın Türkiyə superliqasında çıxış etmisiniz. Bilmək istərdik ki, Türkiyə superliqası ilə Azərbaycan premyer liqası arasında oxşar və fərqli cəhətlər nədir?
- Oxşar cəhət budur ki, hər iki ölkədə oyunlar gərgin keçir. Çempionluq mübarizəsi sona qədər davam edir. Fərqli cəhətlər Türkiyədə stadionların daha ideal vəziyyətdə olmasıdır. Həm azarkeşlərinin sayı çox olur, həm də onlar daha çılğındırlar. İnanıram ki, yaxın vaxtlarda Azərbaycan futbolunun inkişafı özünü yüksək səviyyədə göstərəcək.
-“Bakı” bu il Avropada hansı səviyyədə cıxış edəcək?
- Əgər “Bakı” bu ildə çempion olsa, biz Çempionlar liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəyik. Buna klubda hamı inanır.
- Hakimlərdən şikayətiniz varmı?
-Yox, elə bir şikayətim yoxdur. Lakin Vüsal Əliyevin idarəçiliyi daha çox xoşuma gedir.
- Çempionatın reqlamenti sizi qane edirmi?
- Bu, yaxşı sistemdir. Lakin gələcəkdə on dörd komanda ilə çıxış etsək, daha yaxşı olar. Əvvəlki sistemin bərpa olunmasını istərdim.
- Yeni baş məşqçi ilə münasibətiniz necədir?
- Mənim, ümumiyyətlə, baş məşqçilərlə problemim olmur. Mən öz oyunumu göstərməklə məşqçinin etimadını qazanıram.
- Klubda ən yaxın dostlarınız kimlərdir?
- Bütün oyunçularla xoş münasibətim var. Əsasən braziliyalılar Adriano, Fabio Ramimlə.
- Yerli futbolçularlardan kimin oyununu daha çox bəyənirsən?
- Azərbaycanda xeyli istedadlı futbolçu var. Ən çox Vaqif Cavadov, Elvin Əliyev, Rəşad Sadıqov və başqalarının oyunlarını xoşlayıram.
- Karyeranızı hansı ölkədə davam etdirmək istərdiniz?
- Əlbətdə ki, Braziliyada, «Flaminqo» klubunda oynamağı arzulayıram.
- Azərbaycan mətbəxi haqqında nə deyə bilərsiniz?
- Sizin mətbəxiniz türk mətbəxinə çox bənzəyir. Bununla belə, mən daha çox Braziliya mətbəxinə
üstünlük verirəm.
- Ailəniz haqqında nə deyə bilərsiniz?
- Hazırda nişanlıyam. İnşallah, iki aydan sonra evlənəcəyəm.
- Azərbaycanda ən çox nəyi bəyənirsiniz?
- Ölkənizin çox gözəl təbiəti var.Ən çox dəniz məni valeh edir.
-“Bakı” klubunun azarkeşlərinə deyəcək sözünüz var?
-Sözüm odur ki, bizi dəstəkləməkdə davam etsinlər. İnanıram ki, bu il onlara sevinc bəxş edəcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi