“Son dövrlər ağır oyunlarımız çox oldu. Tez-tez heç-heçələr edirik, uduzduğumuz oyunlar da var. “Altılıq” oyunları başlayandan problemlərimiz, çətinliklərimiz də artıb. Amma sevinirəm ki, son turda “İnter” üzərində qələbə qazanmaqla vəziyyətimizi az da olsa, yaxşılaşdıra bildik”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Artıq çempionatın həlledici məqamında olan və sona iki tur qalmış özündən 4 xal irəlidə olan lider “Xəzər Lənkəran”la oyuna hazırlaşan Ağdam təmsilçisinin çalışdırıcısı son oyunda yetirmələrindən razı qalıb və onlardan növbəti iki oyunda da eyni şəkildə mübarizə gözləyir: “Son oyunda uşaqlar inamla mübarizə apardılar. Qələbə qazanmaq üçün sonadək çalışdılar və istədiyimiz nəticəni qazana bildik. Hansı ki, bu qələbə bizə çox vacib idi. Çünki avrokuboklara vəsiqə qazanmaq istədiyimizdən ən azı son oyunlarda qələbə qazanmağa borcluyuq. Düzdü mövsümün sonu olduğundan hər bir komandada olduğu kimi, bizim də kollektivdə müəyyən yorğunluq var, hər turda istədiyimizi həyata keçirə bilmirik. Mövsümün sonu yaxınlaşdıqca mübarizə daha da gərginləşir, zədəlilərimiz çoxalır. Amma ruhdan da düşmürük. Çempionluq şansımız çox azdı, hər şey öz əlimizdə deyil. Ümid sonda öldüyü üçün qızıl medallar uğrunda da mübarizə aparacağıq. Əsas məqsədimiz isə avrokuboklara vəsiqəni təmin etməkdi. Uşaqlar da bunu çox gözəl başa düşürlər və onları psixoloji cəhətdən əlavə yükləməyə ehtiyac duymuram”.
Qurbanovun sözlərinə görə, indiki məqamda bütün fikirlərini ancaq “Xəzər Lənkəran”la oyuna yönəltmələri daha ideal variantdı: “Onsuz da hər kəs hansı məsuliyyətin altına girdiyimizi bilirsə, oyunçulara əlavə nəyisə başa salmağa ehtiyac yoxdu. Oturub hesablamırıq da, kiminlə heç-heçə etsək, kimə qalib gəlsək, neçənci yeri tuta bilərik. Yalnız qarşıdakı oyunda 3 xal qazanmaq haqda düşünürük. Bu oyunu udsaq, davamını da gətirərik. Belədə yəqin avroliqaya vəsiqəni də təmin etmiş olarıq. Yalnız bir şeyi unutmaq lazım deyil ki, indiki məqamda hər şey bizim özümüzdən asılı deyil. İndi ancaq bazar günü keçirəcəyimiz oyuna hazırlaşırıq. Hələlik Bakıdayıq. Bazada və Suraxanı qəsəbə staionunda məşq keçirik. İnşallah sabah günün ikinci yarısında Ağdama getməyə hazırlaşırıq. Zədəlilərimiz var və bu bir qədər əhval-ruhiyyəyə təsir göstərir. Amma bütövlükdə düşərgədə hər şeyin normal olduğunu deməliyəm”.
Dünən keçirilən kubokun cavab yarımfinal oyununda “Xəzər Lənkəran” uduzacağı halda bu komandayla oyun ərəfəsində rəqib düşərgədə əhval-ruhiyyə bir qədər pis ola bilərdi. Əks halda isə “Olimpik-Şüvəlan” kuboku qazanmaqla Avroliqaya vəsiqələrdən birinə sahib çıxmaqla “Qarabağ”ın qitəmiqyaslı yarışlara yolunu kəsə bilərdi. Bəs görəsən “Qarabağ”ın baş məşqçisi Lənkərandakı oyunda hansı komandanın finala çıxmasını istəyirmiş? Qurbanovu dinləyək: “Etiraf edim ki, heç həmin oyuna baxa bilmədim. Çünki həmin vaxt məşqimiz vardı və buna vaxt tapa bilmədim. Azarkeşliyə gəlincə, mənim üçün kubokda hansı komandanın finala çıxmasının elə də ciddi əhəmiyyəti yox idi. Bizi hər şeydən öncə öz oyunumuz maraqlandırır. “Xəzər Lənkəran” elə komandadı ki, kubokda finala çıxmasaydı da belə, yenə bizə qarşı eyni güclə mübarizə aparacaqdı. Son dövrlər çox inamlı təsir bağışlayırlar, vacib və ardıcıl qələbələr qazanmaqla çox gözəl fürsət yaxalayıblar. Yəqin ki, bu dəfə də bizə qalib gəlməyə çalışacaqlar. Cari mövsümdə bu komandayla artıq 6-cı dəfə qarşılaşacağıq. Kubokda bizi mübarizədən kənarlaşdırdılar. Amma biz də çempionatda onlardan üstün olduğumuzu sübut etmək istəyirik. Bu mövsüm evdə bu komandaya qalib gəlmişik. Deməli, eyni uğuru yenə təkrarlaya bilərik”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı