“Şansımızın itmədiyini bilirdik. Bilirdik ki, hər şey özümüzdən asılıdır. İlk oyundan sonra da bunu demişdim. Amma bəziləri bunu məsxərəyə qoydular. Şükürlər olsun ki, əziyyətimizin, alın tərimizin sayəsində bu nəticəni əldə etdik. Bizim qələbəmizə inanan, bü günə kimi bu stadiona toplaşan azarkeşlərin hamısına təşəkkürümü bildirirəm, sağ olsunlar”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində deyib.
- Kubokun cavab oyununa bir həftə vaxt var idi. Bu bir həftədə nə dəyişdi?
- Bu gün biz psixoloji eniş yaşayırıq. Ayrılıqda hər bir futbolçumuz güclüdür. Sadəcə olaraq, çempionat oyunlarından başlayaraq eniş oldu. Bu gün də daha yaxşı hazırlaşmışdıq. Meydança da ideal vəziyyətdə idi.
- Oyunun əvvəllərində çox aqressiv görünürdün. Həm hakimə, həm rəqib futbolçulara qarşı...
- İki epizod var idi ki, meydanın mərkəzində qaydanı pozmadan topu rəqib futbolçudan oğurladım, lakin hakim qayda pozuntusu qeydə aldı. Həmin an əsəbləşdim bir az. Ard-arda iki elə epizod oldu və istər-istəməz əsəblərimi cilovlaya bilmədim. Özümdən asılı deyildi. Daha sonra qaydasına düşdü hər şey.
- Cavid, qazandığınız ikinci penaltini Stiven Monroza jest olaraq verdin, ancaq vura bilmədi. Bəlkə, ürəksiz verdin?
- Yox, ürəksiz vermədim (gülür). Birincini istəyirdi. Amma onu risk eləmədim, düzü. Öz üzərimə götürdüm məsuliyyəti. Hesab 3:1 olanda, düşündüm ki, o, soyuqqanlıdır, vura bilər. Amma alınmadı. Peşman olmadım. Amma kənardan komanda yoldaşlarım etiraz elədilər ki, niyə özün vurmadın deyə. Ancaq o da komanda yoldaşımdı, xətrinə dəymək istəmədim.
- Kubokun finalı öz evinizdə - Qəbələdə baş tutacaq. Bu, sizə əlavə bir motivasiya verəcəkmi? Ya əksinə, təyziq olacaq üstünüzdə?
- Düşünmürəm ki, üstümüzdə təyziq olacaq. “Keşlə” də yaxşı komandadır. Finala da çox ciddi hazırlaşmaq lazımdır. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Kubokun finalına çıxmağınız çempionatın növbəti turlarında oyununuza nə dərəcədə təsir edə bilər?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Yalandan deyərəm ki, yaxşı təsir edər, çempionatda yenə zəif təsir bağışlasaq, bu dəfə düz çıxmaz. Ona görə tələsmək lazım deyil.
- Finalın da bu qədər gərgin keçəcəyin düşünürsən?
- Əslində, final bu gün olsaydı, daha yaxşı olardı. Çünki finala bərabər oyun oldu.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır