Qol.Az-ın suallarını «Qəbələ»nin baş məşqçisi Ramiz Məmmədov cavablandırır
- Ramiz müəllim, son turda çempionluğa iddialı komandalardan biri - «Bakı»nı məğlub etdiniz. Yəqin ki, komandanızın oyunundan məmnunsunuz…
- Biz «altılıq»a düşməklə əslində bir iddiamızın olduğunu ortaya qoymuşduq. Məhz «altılıq» çərçivəsində keçirdiyimiz oyunlarda əldə etdiyimiz nailiyyətlərlə bunu bir daha təsdiqlədik. «Altılıq»a 7 xalla girsək də, uğurlu oyunlarımızla 19 xal toplamağı bacardıq. İki oyunda məğlub olmuşuq ki, bu da sırf hakim xətaları üzündən olub. Komandamın sərgilədiyi oyundan, mübarizədən çox razıyam. Yaxşı haldır ki, oyunçularım nə istədiklərini bilir və tapşırıqlarımı yerinə yetirməyə var qüvələrilə səy göstərirlər. Bunun nəticəsidir ki, komandam son matçda çox yaxşı oyun göstərərək çempionluğa iddialı olan bir kollektivi məğlub etdi. Bununla avrokuboklarda iştirak üçün şanslarımızı son matçlara saxladıq. Son tura qədər avrokubok matçlarında iştirak üçün şanslarımızı dəyərləndirməyə çalaşıcağıq. Bu məqsədə çatmaq üçün rəqibimizin hansı komanda olmasından asılı olmayaraq, qarşıdakı matçlarda yalnız qələbəyə oynayacağıq.
- «Altılıq» sistemi ilə bağlı müxtəlif fikirlər var. Bir çoxları bu formatın dəyişdirilməsinin zəruriliyini bildirir. Siz bu barədə nə düşünürsünüz?
- Mən bu formatın dəyişdirilməsinin tərəfdarı deyiləm. Çünki Azərbaycan milli çempionatında çox komanda yoxdur. Bu da oyunların sayının az olmasına səbəb olur. Oyunların azlığı isə təbii ki, futbolçuların fiziki hazırlığına təsir göçtərir. Bununla yanaşı, bir çox komandaların maddi vəziyyəti, eləcə də maddi-texniki bazası istənilən səviyyədə deyil. Bu amil məhz çempionatın səviyyəsinə, habelə mübarizəyə mənfi təsir edir. «Altılıq»da qərarlaşan komandaların isə hər birinin maddi imkanların kifayət qədərdir. Həmin komandaların bir-birilə qarşılaşması şübhəsiz ki, gərginliyi daha da artırır. Həqiqətən də, «altılıq»da oyunlar son dərəcə maraqlı və gərgin keçir. Mən çempionatlar tarixində ilk dəfədir ki, belə maraqlı və gərgin mübarizənin şahidi oluram. Hazırda «Olimpik-Şüvəlan» da daxil olmaqla 7 komanda avrokuboklarda iştirak üçün mübarizə aparır. Mən hətta Unibank Premyer Liqası və ölkə kubokundan başqa daha bir yarışın təşkil edilməsinə tərəfdaram. Fikrimcə, bu iki yutbol turniri ilə yanaşı daha bir kubok uğrunda yarışlar keçirilməlidir. Bir vaxtlar Prezident kuboku adlı turnirin keçirlməsini də təklif etmişdim. Oyunların sayı nə qədər çox olsa, bu, futbolumuzun inkişafına o qədər müsbət təsir edər.
- Premyer liqanın növbəti turunda «Neftçi»ni qəbul edirsiniz. Hər ki komanda avrokubokda iştirak üçün mübarizə aparır. Bu oyundan gözləntiləriniz nədir?
- Hesab edirəm ki, bu matç çox gərgin və maraqlı keçəcək. Öncəki qarşılaşmada «Neftçi»ni məğlub etməyi bacarmışdıq. Bu matçda yalnız qələbəyə oynayacağıq. Düzdür, «Neftçi» güclü komandadır. Ancaq məqsədə çatmaq üçün bu oyundan qələbə ilə ayrılmalıyıq.
- Ramiz müəllim, son zamanlar «Qəbələ»nin adı çirkin oyunlarda hallanır. Bu barədə düşüncələriniz necədir?
- Bizim üçün hansı komandanın çempion olmasının fərqi yoxdur. Biz hər bir komandaya qalib gəlmək üçün meydana çıxırıq. Deyirlər ki, guya biz bilərəkdən «Xəzər Lənkəran»a məğlub olmuşuq. Belə bir şey mümkün ola bilməz. «Qəbələ» heç bir çirkin oyunun iştirakçısı olmayıb və olmayacaq da. Hər kəs bilir ki, biz Cənub təmsilçisinə hakim Rövşən Əhmədovun səhfləri üzündən məğlub olduq. Futbol federasiyasına da minnətdaram ki, onu bu addımına görə cəzalandırıb.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi