“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 21-ci turunun açılış matçında səfərdə “Kəpəz”lə matçdan (0:0) sonra mətbuat konfransı keçirib. O, əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bundan istifadə edə bilmədik. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və onlardan razı qaldığımı deyə bilərəm.
- 7-ci oyundu ki, “Zirə” qələbə üzünə həsrətdi. Bəlkə bilmədiyimiz nəsə var?
- Bütün oyunlarda eyni mərəz: bu görüşlərin əksəriyyətində əla qol şanslarımız olur. “Qəbələ” ilə səfərdə bir sıra oyunçumuz cəzalandırıldı. Ancaq hər bir görüşdə real qol şansları yaxalayırıq.
- Son günlər mətbuatda rəhbərliyin nəticələrdən narazı qaldığı bildirilir. Hətta yerinizə namizədlərin adı da hallanır...
- Mətbuatın işi yazmaqdı. Rəhbərliyin qələbəsizlik seriyasından məmnun olduğunu deyə bilmərəm. Ancaq rəhbərliklə görüşümüz olub və arxamızda dayandıqlarını bildiriblər. Uğur olanda yazmırdılar, indi yazırlar. Bunun da səbəblərini bilirəm. Bu komanda mənə doğmadı və hamıdan çox uğur qazanmağımızı mən istəyirəm (sport24.az).
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda