“Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun klubun saytına müsahibəsi
- Yunis müəllim, hazırlıq prosesi necə gedir?
- Məşqlərimiz normal şəkildə davam edir. Futbolçular oyunlara səylə hazırlaşırlar. Əhval-ruhiyyə yaxşıdır.
- Qarşıda ardıcıl 3 ev oyunu var. Nə düşünürsüz?
- Bizim üçün hər bir oyun ağırdır. Bütün görüşlərə qələbə əzmi ilə çıxmalıyıq ki, sonuncu pillədən yaxa qurtara bilək. Bizə 3 xal sərf edir. Amma bunun öhdəsindən nə dərəcədə gələcəyik, onu zaman göstərəcək. Uşaqlara inanıram, komandamız qalib gəlməyə qadirdir. Oyunçuların göstərdiyi oyun yaxşıdır. Geridə qalan 6 oyundan 5-də məğlub olmuşuq. Uduzduğumuz matçlarda bəxtsizlik də rol oynayıb. Ən azı 4 qarşılaşmada minimum heç-heçə etməli idik. Əfsuslar olsun ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzmuşuq. Bu problemi aradan qaldırmalıyıq. Psixoloji cəhətdən oyuna hazır olmalıyıq.
- Hər bir məşqçinin arzusu komandasında yer alan futbolçuların zədəli olmamasıdır. Bu mənada uzun müddət zədəli olan Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçesterin sıraya dönməsi sizi sevindirməyə bilməz.
- Əlbəttə, məşqçinin istəyi futbolçularının tam sağlam olmasıdır. Amma bəzən zədədən sığortalanmaq mümkün deyil. Siz dediyiniz oyunçular komandanın əsas heyətinin üzvləridir. Şükürlər olsun ki, müalicə prosesi qısa çəkdi və onlar sıralarımıza qoşuldular. Bu, məni olduqca sevindirir.
- “Kəpəz”dən əsas milliyə çağırılan Şəhriyar Rəhimov haqda nə deyə bilərsiz?
- Bizim üçün sevindirici haldır. Komandamızdan kapitanın yığmaya cəlb olunması hamımızın uğurudur. Arzu edirəm ki, davamlı olsun, onu tez-tez ölkənin əsas komandasında görə bilək. “Kəpəz”dən daha çox futbolçunun milliyə dəvət almasını istərdim. Amma hər şey oyunçuların özündən asılıdır.Bunun üçün onlar öz üzərlərində çox çalışmalı, inkişaf etməlidirlər.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident