Qol.Az-ın suallarını «Neftçi» komandasının baş məşqçisi Arif Əsədov cavablandırır
- Arif müəllim, son turda «Xəzər Lənkəran»la qolsuz bərabərə qaldınız. Komandanın sərgilədiyi oyunu sizi qane etdi?
- Oyundan razı qaldım. Son turlar artıq «Neftçi» əvvəlki ruhunu demək olar ki, geri qaytarıb, komanda sabit oyun göstərir. Axır üç matçda komandamız yüksək səviyyəli oyun nümayiş etdirib. Oyunçularımız hər tur daha yaxşı təsir bağışlayırlar. Amma bütün bunlara baxmayaraq, son nöqtəni qoya bilmirik. Bu da sırf hücumcuların üzərinə düşən bir işdir. Yəni komanda yaxşı oynayır, qol vəziyyətləri yaradırıq, amma son anda hücumu qolla tamamlaya bilmirik.
- Bu çatışmazlığın üzərində işləyirsinizmi?
- Sözün həqiqi mənasında komandamın mübarizəsindən çox məmnunam. Hücumçularımızda müəyyən çatışmazlıqlar var ki, bu məsələ üzərində işləyirik. Ümidvaram ki, bunu aradan qaldıracağıq. Və onda «Neftçi» daha güclü oyun nümayiş etdirəcək.
- Son matçda komandanızın oyunundan razı qaldığını söylədiniz. Bəs, nəticə necə, sizi qane etdi?
- Nəticədən qəti razı qalmadım. Çünki qələbəyə layiq oyun sərgilədlik və matçdan mütləq qalib ayrılmalı idik. Artıq çempionat başa çatır. Avrokuboklarda iştirak imkanı əldə etmək üçün getdikcə şanslar azalır. Əgər qələbə qazansaydıq, vəziyyətimizi bir qədər yaxşılaşdırardıq.
Bununla belə, hələ ki, şansımız qalır. Avrokubok matçlarında iştirak imkanı qazanmaq üçün son ana qədər mübarizə aparacağıq. Düzdür, son oyunda bir xal qazandıq, lakin digər oyunun nəticələri bizi qane etmədi. Hər şey öz əlimizdədir. Hesab edirəm ki, komandalar öz talelərini özləri həll etməlidir. Əgər qarşıdakı matçlardan sərfəli nəticə qazansaq, digər oyunların nəticələri bizim üçün önəmli olmaz.
- Bir qədər öncə hücumçuların son anda dəqiq oynamadığını bildirdiniz. Amma Zaur Tağızadə kimi təcrübəli futbolçunu son dəqiqələrdə oyuna buraxırsınız. O, daha öncədən oyunda olsa, nəticə fərqli ola bilərmi?
- Zaur Tağızadə təcrübəli oyunçudur. Amma onun 90 dəqiqə oynaya biləcəyini düşünmürəm. Çünki uzun müddətdir ki, zədəlidir, getdikcə daha da yaxşı oyun sərgiləyə bilər. Ona görə Zauru son dəqiqələrdə meydana buraxırıq ki, rəqib komandanın yorğunluğundan istifadə edərək təcrübəsi ilə nəticəni dəyişsin.
- Növbəti turda «Qəbələ» ilə qarşılaşacaqsınız. Bu komanda doğma divarlar arasında demək olar ki, məğlub olmur. Həmin matçdan nə gözləyirsiniz? Qələbə qazana biləcəksinizmi?
- Futbolda mümkünsüz bir şey yoxdur. «Altılıq»ın gözəliyyi ondadır ki, burada bir-birindən maraqlı, gözlənilməz nəticələr qeydə alınır. Hətta ilk pillələrdə olan komandalar son yerlərdə qərarlaşan komandalara məğlub olur. Yəni biz də «Qəbələ»ni məğlub edə bilərik. Düzdür, bu komanda güclü kolektivə malikdir və yaxşı oyun sərgiləyir. Oynun son dərəcə gərgin keçəcəyini söyləmək olar. Çünki hər iki komandanın avrokubok şansları var. Qələbə qazanan komanda demək olar ki, böyük bir şans əldə edəcək. Vəziyyətimizi daha da çətinə salmamaq üçün çalışıb bu oyundan qələbə ilə ayrılacağıq.
- Ola bilərmi ki, hər şey son turda qarşılaşacağınız «Qarabağ»la oyuna qalsın?
- İndi sadəcə «Qəbələ» ilə oyunu fikirləşirik. Bu oyundan yaxşı nəticə əldə etməliyik ki, «Qarabağ»la matç barəsində danışa bilək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi