21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü Fərid Nəbiyev "Slaviya"dan ayrılıb.
Bu barədə Qol.az-a futbolçunun meneceri Vaqif Heydərli məlumat verib. Onun sözlərinə görə, gənc hücumçu Gürcüstanın milli liqasında (birinci divizionun bənzəri) çıxış edən "Şevardeni-1906" klubuna icarəyə verilib. Nəbiyev yeni klubu ilə 2 aylıq müqavilə imzalayıb.
V. Heydərli futbolçunun Çexiyada işçi vizası ala bilmədiyi üçün belə bir addım atdıqlarını bildirib. Ancaq o, probelmin tezliklə həll olunacağını söyləyib: "Artıq bu məsələ ilə bağlı Çexiya səfirliyinə müraciət etmişik. Ümid edirik ki, uzağı 45 günə kimi problem öz həllini tapacaq və Fəridə viza veriləcək".
Heydərli digər təkliflər olduğu halda Gürcüstanın aşağı dəstə təmsilçisini seçmələrinin səbəbini də açıqlayıb: "Hazırda transfer pəncərəsi bir neçə ölkədə açıqdır ki, onlardan biri də Gürcüstandır. Fəridin xidmətində yüksək liqa təmsilçiləri də maraqlı idi. Ancaq onlar minimum 1 illik müqavilə bağlamaq istəyirdilər. Bu isə bizə sərf etmirdi. "Şevardeni-1906" klubu ilə may ayına qədər anlaşma imzalanıb. Fərid bu komandada hardasa 10-12 oyun keçirəcək. Bizə də lazımdır ki, futbolçu bu müddətdə boş qalmasın, oynasın".
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu