"Makedoniyaya qarşı daha diqqətli olmalıyıq" – Maksim Medvedev

"Makedoniyaya qarşı daha diqqətli olmalıyıq" – Maksim Medvedev
ÖLKƏ FUTBOLU 26 Mart 2018 / 17:59 2641
-  A +

"Belarusla oyunu analiz edib baxdıq ki, çatışmayan cəhətlərimiz nə idi. Makedoniya ilə matçda həmin səhvləri təkrarlamamağa çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri “CBC Sport”a açıqlamasında millimizin üzvü Maksim Medvedev deyib. Makedoniya ilə sabah Antalyada keçirləcək yoldaşlıq oyunundan öncə fikirlərini açıqlayan müdafiəçi bu dəfə daha diqqətli olacaqlarını bildirib:

“İndiki rəqib Belarusdan güclüdür. Daha sürətli futbol nümayiş etdirirlər. Onlara qarşı daha diqqətli olmalıyıq. Belarusa uduzmağımıza baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Nəzərə almaq lazımdır ki, yoldaşlıq oyunlarıdır və heyətdə tez-tez dəyişikliklər olur. Ona görə adaptasiyada bir az problem var. Amma yavaş-yavaş bir-birimizə öyrəşirik. Gələcəkdə belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik".

Qeyd edək ki, Azərbaycan – Makedoniya matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər