Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi Borbeli Balaj “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.
QOL.az xəbər verir ki, o, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Ağdam təmsilçisi üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb.
“Ağır meydançada güclü rəqibə qarşı oynadıq. Futbolçular böyük mübarizə apardılar və onların yanaşmasından çox razı qaldım. Bu, bizim üçün faydalı hazırlıq oyunu oldu. Çünki “Qarabağ” matçın müəyyən hissələrində elə intensiv futbol oynadı ki, beynəlxalq arenada bununla mütəmadi qarşılaşacağıq.
İlk 10 dəqiqə bizim üçün uğurlu keçmədi. Daha sonra təşəbbüsü ələ aldıq və ilk hissənin sonuna qədər oyuna nəzarət etdik. Qolu da layiqincə vurduq. İkinci hissədə həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış etdik. Məşqlərdə üzərində işlədiyimiz bir çox elementləri meydanda gördük. Əlbəttə, hələ düzəltməli olduğumuz səhvlər var.
Nəticəyə sevinirəm. Amma bundan da vacibi odur ki, oyun baxımından irəliləmişik. Şans qazanan futbolçular da bundan yaxşı istifadə etdilər. Komandanın münasibətindən və əzmkarlığından razıyam, baxmayaraq ki, hələ inkişaf etməli olduğumuz məqamlar var”, – deyə Borbeli Balaj bildirib
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil