İngilis futbolçu Rusiyaya şəxsi cangüdənlə yollanacaq

İngilis futbolçu Rusiyaya şəxsi cangüdənlə yollanacaq
XƏBƏR 26 Mart 2018 / 13:55 5022
-  A +

İngiltərə millisinin üzvləri Rusiyada keçiriləcək dünya çempionatı ərzində təhlükəsizlik tədbirləri görməyi düşünür.

Qol.az-ın “The Telegraph” nəşrinə istinadən yaydığı xəbərə görə, futbolçulardan biri artıq özünə şəxsi cangüdən tutmaq istədiyini bildirib. Ancaq həmin oyunçunun kimliyi açıqlanmır.

Qeyd edək ki, bir futbolçu üçün DÇ-2018-də cangüdən tutmaq 7 min funt-sterlinqə başa gəlir. İngiltərə Futbol Federasiyası isə həmin xərci ödəməkdən imtina edib.

Son xəbərlər