Hollandiya çempionatında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, "Breda" "Tvente"ni qəbul edib. Həmyerlimiz Vaqif Cavadovun komandası - "Tvente" görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Bu qələbə ilə həmyerlimizin çıxış etdiyi klub Hollandiya çempionu adını qazanıb. Bu uğurla "Tvente" həm də tarixində ilk dəfə olaraq ölkə çempionu adını qazanıb.Qeyd edək ki, Vaqif Cavadov 18 nəfərlik heyətə alınsa da meydana çıxmayıb. Oyundan sonra "Tvente"nin oyunçularının şənlik mərasimlərində Vaqif də iştirak edib. Xatırladaq ki, həmyerlimiz çempion adını qazansa da, qızıl medallarla təltif edilməyib. Buna səbəb onun uzun müddət zədəli olduğuna görə komanadasının əsas heyətində oynamamasıdır.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?