Qol.Az saytının suallarını Azərbaycan milli komandasının və «Qarabağ»ın üzvü Rəşad Sadıqov cavablandırır
- Rəşad, son zamanlar «Qarabağ» komandası heç də adına layiq oyun göstərə bilmir. Demək olar ki, «altılıq»da qələbə üzünə həsrət qalmısınız. Səncə komandanızın bu uğursuzluğunun səbəbi nədir?
- Ümumiyyətlə, «altılıq»dakı hər bir oyun olduqca ağır keçir. Hansısa komanda ardıcıl olaraq qələbə qazana və yaxud da uğurlu nəticələr əldə edə bilmir. Çempionatın ikinci pilləsində qararlaşan və bu həftə qarşılaşacağımız olan «İnter» komandası 7 oyundan bir qələbə qazanıb. Biz də həmçinin. Qələb qazanmaq çox çətindir. «Altılıq»da ən yaxşı nəticə göstərən komanda iki qələbə qazana bilib. Buna baxmayaraq, biz bəzi oyunlarda ən azından heç-heçə etsəydik, çox yaxşı olardı. Belə bir nəticələr əldə etsəydik indi çempionatdakı yerimiz daha fərqli olardı. Təəssüflər olsun ki, biz ən azından bir neçə çətin oyunda meydandan heç-heçə ilə belə ayrıla bilmədik. Bununla yanaşı, hələ şanslarımız var. Avrokuboklara qatılmaq üçün sona qədər mübarizə aparacağıq.
- Bu həftə «İnter»lə çətin oyun gözləyir. Bu matçdan qələbə ilə ayrılıb, uğursuzluğa son qoya biləcəksinizmi?
- «İnter» çox iddialı bir komandadır və çempionluğa oynayır. Oyuna çox ciddi hazırlaşırlar. Kubok matçında bir neçə oyunçularına istirahət veriblər. Biz də öz növbəmizdə bu oyuna köklənmişik. Çox gərgin bir matç olacaq. Hesab edirəm ki, azərkeşlər çox gözəl və maraqlı bir oyunun şahidi olacaq.
- Son uğursuz oyunlardan sonra azərkeşlər baş məşqçi Qurban Qurbanovu istefaya səsləyir. Bu barədə düşüncən necədir?
- Bu, azərkeş fikridir. Hər kəsin öz fikri, öz yanaşması var. Amma bu, bir o qədər də başa düşülən deyil. Əgər kollektivimiz başqa bir heyətdən ibarət olsaydı, bələkə də bunu başa düşmək olardı. Lakin bizim heyətimiz gənclərdən və əsasən yerli futbolçulardan ibarətdir. Yəni yeni və gənc komandayıq. Bundan ötrü Qurban müəllimi qınamağa dəyməz. Mən belə şeylərə o qədər də fikir vermirəm.
- Uzun zamandan bəridir ki, cərimə zərbəsindən qol vura bilmirsən. Bunu nə ilə izah edərdin? Psixi vəziyyətinlə bağlıdır, yoxsa digər səbəblərlə?
- Hər zaman cərimə zərbələrindən qol vurmaq olmur. Bir futbolçu üçün belə şeylər adi haldır. Yəni ardıcıl olaraq cərmə zərbəsindən qol vurmaq olmur. Mahir ustalar belə sezon ərzində ən çoxu 4-5 belə qol vura bilir. Çünki qapçılar artıq ayıq olur və belə zərbələri gözləyir. Təbii ki, bu hallar cərmə zərbəsindən qol vurmağa maneə olur.
- Transferinlə bağlı müxtəlif fikirlər səslənir. Bu barədə nə fikirdəsən?
- Bu barədə indidən bir söz söyləyə bilmərəm. Klubumda qalıb-qalmayacağımı gələcək göstərəcək.
- Rəşad, son zamanlar komandanızın bəzi üzvlərini vəhabi təriqətinə xidmət etməkdə ittiham edirlər. Bu məsələ bardə nə deyə bilərsən?
- Bu, köhnə səviyyəsiz söhbətlərdir. Belə məsələlərə zərrə qədər fikir vermirəm. Bu barədə yazılanları nə oxuyuram, nə də onlarla maraqlanıram. Belə bir shbət səviyyəsiz insanların ortaya atdıqları bir məsələdir. Bununla həmin insanlar öz səviyyələrini göstərirlər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi