“Həftəsonu bizi ən çətin rəqiblərimizdən biri ilə oyun gözləyir. Bilirsiz ki, “Xəzər Lənkəran»la “Neftçi»nin oyunları son illərdə çempionatımızın ən maraqlı derbilərindən birinə çevrilib. Görüşün məsuliyyətini anlayırıq və hər bir matça olduğu kimi, əzəli rəqibimizlə görüşə də ciddi hazırlaşırıq». Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov söyləyib.
Lakin paytaxt klubunun çalışdırıcısını belə vacib oyun öncəsi zədəli futbolçuların olması qayğılandırır: “Tural Nərimanovla Eşqin Quliyevin zədəli olduğunu artıq bilirsiz. Eşqin əməliyyatdan yeni çıxdığından hələ onun məşqlərə xeyli gec qoşulacağı dəqiqdir. Tural isə fərdi məşqlərə başlasa da, komandaya kömək edəcək vəziyyətdə deyil. Son məşqdə də Samir Əliyev zədələndi və “Xəzər Lənkəran”la görüşdə iştirakı sual altındadır. Bütün bunlara baxmayaraq, komandamızda əla əhval-ruhiyyə hökm sürür. “İnter” üzərindəki qələbədən, “Bakı” ilə paytaxt duelində sərgilədiyimiz baxımlı oyundan sonra uşaqlarda özünəinam xeyli artıb. Məhz bu əhval-ruhiyyə ilə qarşıdakı çətin oyundan da üzüağ ayrılacağımıza inanırıq. Qarşımıza ancaq qələbə qazanmaq vəzifəsini qoymuşuq. Son turda “Bakı” ilə heç-heçədən sonra hardasa heyfslənirdik, xal itkisinə görə pis olmuşduq. Çünki qələbə qazanmalı olduğumuz oyun idi. Ancaq heç-heçə ilə kifayətləndik. Bir gün sonra keçirilən oyunda “Qarabağ”ın “Qəbələ” ilə bərabərə qalmasından sonra bir az sakitləşdik. Çünki “ilk altılıq”da heç bir ciddi dəyişiklik baş vermədiyindən, həm çempionluq, həm də avrokuboklara vəsiqə qazanmaq şanslarımızı saxlamaqdayıq. Son turlarda bu şansdan maksimum yararlanmaq istəyirik. Düşünürəm ki, “Xəzər Lənkəran”la oyunda qələbə qazansaq, bu, komandamızın son oyunlarda da maksimum nəticə qazanması üçün bir stimul, əlavə güc olacaq”.
A.Əsədov cari mövsümdə keçirilən “Neftçi” - “Xəzər Lənkəran” oyunlarında qol vurulmamasının səbəblərindən də danışıb: “Bilirsiz, bu komandaların arasındakı oyunları böyük azarkeş ordusu izləyir. Futbolçular üzərində müəyyən yüklənmə də olur. Yəni doğma azarkeşlərinin qarşısında belə prinsipial rəqibə ən azı uduzmamağa çalışırlar, ehtiyatlı oyuna üstünlük verirlər. Digər tərəfdən artıq hər iki komanda bir-birini gözəl tanıyır, rəqibin necə oynadığına bələddir. Düzdür, son oyunlarda qol vurulmasa da, bu o demək deyil ki, 270 dəqiqəlik mücadilə baxımsız, sönük keçib. Əksinə hər oyunda komandalar adlarına layiq, sürətli, baxımlı futbol sərgiləyiblər. Kifayət qədər qol epizodları olub. Elə Lənkəranda keçirilən son qarşılaşmada da həm meydan sahiblərinin, həm də bizim xeyli qol şanslarımız oldu. Sadəcə onları dəyərləndirə bilmədik. Bu gün “Xəzər Lənkəran”ın “Olimpik-Şüvəlan”la kubok qarşılaşmasını da izləyəcəyik. Öz oyunlarımızı da bir daha analiz etdikdən sonra, bu rəqibə qarşı necə oynamalı olduğumuzu müəyyənləşdirəcəyik. Nəyin bahasına olursa-olsun, bu dəfə qol vurmağa çalışacağıq. Çünki bizə qələbə hava-su kimi lazımdır. Düzdür, hücum xəttimizdə problemlər var, amma buna baxmayaraq, son oyunlarda ən azı 1 qol vurmağı bacarırıq. Ümidvaram ki, bu dəfəki “Böyük oyun” əvvəlkilər kimi alınmayacaq və sonda sevinən tərəf “Neftçi” olacaq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər