“Xəzər Lənkəran”la sabahkı görüş bizim üçün mövsümün oyunu olacaq. Elə cavab qarşılaşması da. Çünki carı mövsümdə elə də uğurlu çıxış edə bilmədiyimizdən, “birinci altılığ”a düşə bilmədik. “İkinci altılıq”da isə elitada qalmaq vəzifəsinin öhdəsindən gəlsək də, hansısa ciddi məqsədlər uğunda mübarizə aparmaq imkanımız yoxdur. Bu üzdən bütün diqqətimizi kubokda “Xəzər Lənkəran” səddini keçməyə yönəltmişik. Özünüz də bilirsiz ki, bu, “Olimpik-Şüvəlan” üçün Avropaya aparan yeganə yoldu”. Bu sözləri Qol.Az-a açıqlamasında “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov dilə gətirib.
Sabah ölkə kubokunun yarımfinalında doğma divarlar arasında “Xəzər Lənkəran”ı qəbul edəcək “təyyarəçilər”in çalışdırıcısı güclü rəqiblə dueldə yalnız qələbəyə kökləndiklərini deyir. Lakin Süleymanovu narahat edən məqamlar da var: “Bizim üçün həyati əhəmiyyət daşıyan bu oyunlara yaxşı hazırlaşmışıq. Bütün fikrimizi bu oyunda qələbə qazanmağa yönəltmişik. Çünki Lənkəran kimi çətin səfərdən sərfəli nəticəylə qayıtmaq üçün ilk növbədə ev oyununda istədiyimiz qələbəni əldə etməliyik. Bu oyunun vacibliyini futbolçularımıza da başa salmağa çalışırıq. Məncə, onlar da hər biri peşəkar futbolçulardı və hansı məsuliyyəti daşıdıqlarını gözəl bilirlər. Komandamızda əhval-ruhiyyə də qaydasındadır. Yeganə problemimiz bəzi itkilərimizin olmasıdı. Müxtəlif səbəblərdən Draqan Mandiç, İsmael Fransisko, Vüsal Qarayev komandamıza kömək edə bilməyəcək. Ancaq bütün bu problemlər bizi qətiyyən ruhdan sala bilməz. İstənilən halda meydana çıxıb, sona kimi vuruşmaq və lazımı nəticəni qazanmaqdı. Futbolçularımıza inanıram. Ümidvaram ki, səfər oyununa sərfəli nəticə ilə yollana biləcəyik”.
Gənc mütəxəssis “Xəzər Lənkəran”ın iki cəbhədə mübarizə aparmasını özləri üçün elə də böyük üstünlük hesab etmir: “Düzdü, “Xəzər Lənkəran” bizdən fərqli iki cəbhədə “vuruşur”. Premyer Liqada da hazırda liderdilər. Amma bu, onların kubokdakı iddialarını qətiyyən azaltmır. Düşünürəm ki, cənubluların həm kubokda, həm də çempionatda eyni səviyyədə mübarizə aparmaq üçün çox geniş heyəti var. Güclü futbolçulardan təşkil olunan komandadı. Elə Premyer Liqada lider olmaları da çox şeydən xəbər verir. Amma biz rəqibimizə nə qədər hörmət etsək də, çəkinmirik. Çıxıb öz oyunumuz göstərib, sübut etməyə çalışacağıq ki, “Olimpik-Şüvəlan” da ilk “altılıq” komandaları arasında olmağa layiq idi”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı