Emin Mahmudov: «Meydana çıxacağıma inanmırdım»

Emin Mahmudov: «Meydana çıxacağıma inanmırdım»
DÜNYA FUTBOLU 26 Aprel 2010 / 11:40 2353
-  A +

Dünən Rusiya Premyer Liqasında debüt oyununa çıxan Rusiyanın “Saturn” klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Emin Mahmudov Moskva «Dinamo»suna qarşı keçirdikləri matçla bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan E.Mahmudov Premyer Liqada ilk dəfə oyunun protokolunda yer aldığım zaman meydana çıxacağına inanmadığını söyləyib: «Buna görə də debütüm mənim üçün böyük sürpriz oldu”.
E.Mahmudovun fikrincə, “Dinamo” qələbə qazansa (1:0) da, oyun ümumilikdə bərabər keçib: “Oyunun rəqibin bir az üstünlüyü ilə keçirdi. Ancaq bizim də qol imkanlarımız rəqibdən az deyildi. Təəssüf ki, onlardan yararlana bilmədik. Deməzdim ki, “Dinamo” bizdən qat-qat yaxşı oynadı. Bəli, ilk hissədə təşəbbüs meydan sahiblərində idi. Onlar debütdə bir neçə qol vəziyyəti yaratdılar. Ancaq tədricən oyunu bərabərləşdirdik və kifayət qədər yaxşı oynasaq da, imkanlarımızdan istifadə edə bilmədik”.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə