“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibə verib. Müsahibədə o sabiq klubu, “Birlik kuboku” və milli komanda haqqında fikirlərini bildirib.
- Ağasəlim müəllim , hazırda nə işlə məşğulsunuz?
- Əlaqə saxladığınız üçün çox sağ olun. Salamtçılıqdır, şükür Allaha.
- Hələlik dincəlirsiniz?
- Başqa neyləyəcəyik? İş yox, güc yox.
- Hələ ki, dəvət yoxdur?
- Yox.
- Heç məsləhətçi kimi işləməyə də dəvət etmirlər?
- Xeyr.
- Əgər maddi imkanı və iddiaları yüksək olmayan klubdan dəvət gəlsə qəbul edərsiniz?
- Niyə etmirəm? Mən onsuz da işləyəndə heç vaxt pul dalınca qaçmamışam. Əsas odur normal şərait olsun.
- İşsiz qalmağınız maddi durumunuza təsir edır?
- Əlbəttə, təsiri var. Özü də hazırkı maliyyə böhranının mövcud olduğu bir vəziyyətdə.
- Sizin istefanızdan sonra “Xəzər-Lənkəran”da çox dəyişiklik oldu. İstər rəhbər posta, istərsə də, məşqçilər korpusunda. Sabiq klubunuzda baş verənlərə indi də münasibət bildirmək istəmirsiniz?
- Münasibət deyəndə, başda Mübariz müəllim olmaqla, bütün komandaya yalnız uğurlar arzulayıram. Orada işlədiyim müddətdə hamıdan razı qaldım. “Xəzər-Lənkəran” azarkeşlərinə də, həmişə mənə dəstək olduqları üçün öz minnətdarlığımı bildirirəm.
- Komandanın baş məşqçi postu İqor Ponomaryova tapşırıldı. Sizcə o, ciddi uğurlara nail ola biləcək? Üstəlik müəyyən müddətdir Azərbaycan futbolundan kənardadır.
- Nə deyim? Hər şey Ponomaryovun özündən asılı olacaq. Əgər düzgün iş sistemi qursa və komandanı yaxşı hazırlaya bilsə, o zaman uğur qazana biləcək.
- Sabah “Birlik kuboku”u start götürür. Sizcə, “İnter” Moskvadan uğurla dönə biləcək?
- Düzü, son vaxtlar o qədər də çox qəzet oxumuram amma eşidirəm, jurnalistlər deyirlər ki, bu turnirdə iştirak etmək o qədər də lazım deyil. Amma belə deyil. Mən başqa cür fikirləşirəm. Bu o demək deyil ki, özüm iki dəfə bu kuboku qazanmışam, ona görə belə danışıram. Sadəcə, əgər futbolumuzun inkişafını istəyiriksə, istənilən turnirə ciddi yanaşmalıyıq. Fərqi yoxdur, istər klub səviyyəsində, istərsə də, yığma səviyyəsində. Hətta U-17 olsa belə. Başa düşürəm, bir həftə ərzində həm qrup, həm 1/4 final, həm yarımfinal, həm də final oynamaq çox ağırdır. Amma bu, qarşıya qoyulan məqsədə mane olmamalıdır. Düzdür, gürcülər bu turnirə qatılmaqdan imtina etdilər, Ukrayna çempionu üçüncü heyətini Moskvaya göndərir. Amma mənə elə gəlir ki, bütün bunlar siyasi səbəblərdən irəli gəlir. Düşünürəm ki, “İnter”in kuboku qazanmaq üçün yaxşı yansı var. Türkiyədə hazırlıq keçiblər. Səhv etmirəmsə, 3-4 yoldaşlıq görüşü oynayıblar. Deməli, hazırdırlar. Mən elə vaxt olub 1 yoldaşlıq görüşü oynayıb Moskvaya yollanmışam.
- Amma püşkatmadan sonra “İnter”in baş məşqçisi Valentin Xodukin deyib ki, “Birlik kuboku”nun üçüncü dəfə Azərbaycana gəlməsinə imkan verməzlər.
- Yox, o səhv fikirdir. Komanda oynayandan sonra heç kim ona mane olan deyil. Yəni güclü olan kuboku qazanacaq. Bu mənada biz də “İnter”dən qələbə gözləyirik.
- Bəlkə sizin uğurlarınızdan sonra Xodukin mövcud uğursuzluqlar fonunda özünü sığortalamaq üçün belə ifadə işlədib?
- Yox. Onu tanıdığımdan deyə bilərəm ki, elə insan deyil.
- Milli komanda haqqında hansı fikirdəsiniz? Sizcə, 2009-da ciddi uğurlara imza ata biləcəyik?
- Hər halda buna inanırıq. Bilirsiniz, milli elədir ki, burada ilk növbədə sabit heyət olmalıdır. Komandada yerli futbolçular oynamalıdır. Bunun üçün isə həmin yerli futbolçular ilk növbədə klublarda əsas heyətdə çıxış etməlidirlər.
- Amma ortada limit məsələsi var da.
- Bax, elə işləri də korlayan odur. Legionerlərlə bağlı limit olsa, yerli futbolçular həm klubda, həm də milli komanda oynayarlar.
- Hazırda çempionatın səviyyəsi hansı yerdədir?
- Bilirsiniz, bizim klublar son vaxtlar nədənsə, fiziki planda daha çox işləsələr də, taktikaya çox az yer verirlər. Buna görə də çempionatda baxımlı oyunlarin sayı azalıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı