Bəzən, futbol matçlarının şərhi zamanı, eləcə də futbolla bağlı xəbərlərin qəzet və televiziyada təqdimatı vaxtı bir-birindən maraqlı və gülməli ifadələrinin şahidi oluruq. Qol.Az saytı qəzetlərdə və telekanallarzda dərc olunan və səslənən ən məzəli cümlələri oxuculara təqdim edir.
AZƏRBAYCANDA…
Jurnalist Anar Cəfərsoyun yazısından: «Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası dünən 3:0 hesabı ilə qələbə qazanıb. İlk qolu Hüseynov vurub, ikinci qolu rəqib qapısından Məmmədov keçirib, üçüncü qolu isə qonaqların qapısına Həsənov «mıxlayıb»
Jurnalist Anar Cəfərsoyun yazısından: «Lənətlənmiş millətin nümayəndəsi Haim Revivo «Fənərbaxça»dan «Qalatasaray»a keçdi»
Elnur Əşrəfoğlu «Səhər» proqramında canlı yayımda danışır: «İndi isə qonağımızın şərəfinə bir dənə «Feliçita» mahnısı…»
Elnur Əşrəfoğlu canlı yayımlanan «Futbol-taym» verilişində milli çempionatın oyununu şərh edir: «Olimpik» komandası iddia edir ki, çempion olacam. Amma bizdə bir misal var eee, deyirlər, nəynən alış?!»
«Ədalət» qəzetində Avropa çempionatı ilə bağlı manşet yazısından: «Dünyanın üzünə işə..n uşaq»
Jurnalist Elşən Məmmədovun «Fuad Musayev istefa verəcək» başlıqlı yazısından: «MOİK - «Neftçi» oyununu izləyən «hərbçilər»in azarkeşlərindən biri dedi ki, Fuad Musayev bu ay istefa verəcək»
Qol.Az saytında AFFA-dakı toptantı ilə bağlı yazıdan: «Bu gün AFFA-nın İntim Komitəsinin iclası keçirilib».
İnformasiyanı hamıdan tez yaymaq istəyən müxbir tələsdiyindən İntizam Komitəsini oxucuya səhvən məhz belə təqdim edib.
Qol.Az saytının fikirə dalan müxbiri «İdman Azərbaycan» kanalının proqramı ilə bağlı xəbərə səhvən belə başlıq qoyur: «İdman Azərbaycan» kanalının əməkdaşı»
«Üç nöqtə» qəzetində yaddaşlardan silinməyən məşhur başlıq: «İsgəndər Cavadov: «Vidadi Əhmədov «kartoşka»dır»
«Ekspress» qəzetində İspaniya millisinin futbolçusu Qaiska Mendieta ilə bağlı müxbirin yazdığı cümlə: «İspanların futbolçuları Qaiska ilə Mendieta yüksək səviyyəli oyun nümayiş etdirdi»
«İdman» qəzetində basketbol üzrə Azərbaycan çempionatındakı yazıdan: «Gərgin keçən oyun 2:1 hesabı ilə başa çatdı»
«525-ci qəzet»də jurnalistikaya yenicə başlayan müxbirin redaktoruna təqdim etdiyi yazıdan: «Tədbirin sonunda AİJA prezidenti Eldar İsmayılov qalib adını qazanan idman federasiyalarının rəhbərlərinə, idmançılara, məşqçilərə və jurnalistlərə quş bağışladı»
Müxbir ilin laureatlarına üzərində tovuz quşunun həkk olunduğu suveniri nəzərdə tutmaq istəyib.
İtaliya çempionatının oyununu şərh edən azərbaycanlı aparıcı: «Qol!!! Hesab 2:1, hətta 3:1» (hesab 3:1-dir).
ANS-in şərhçisi «İnter»in hücumçusu Mario Balotellidən danışır: «Ada bax ey, Bala Telli!»
ANS-də Asif Bağırov Çempionlar Liqasında hakimin ofsayd qərarını şərh edir: «Futbolçu hakimi heç bayrağına da almadı»
Asif Bağırov qaradərili Klod Makaleledən danışır: «Onun nə zor «zaqarı» var»
…TÜRKİYƏDƏ
İngiltərə - Türkiyə matçından
Şərhçi: «Bəli, sevgili tamaşaçılar, ingilislərin daha bir hücumunun qarşısını qol buruxaraq sovuşdurduq. Tablodakı hesab 8:0 olar… Matç bitti, hələ də qol buraxırıq. Belə iş ola bilməz».
«Beşiktaş» - «Qalatasaray» matçı öncəsi
Şərhçi Zeynəb Qasımoğlu: «Bu axşam oynanacaq «Beşiktaş» - «Qalatasaray» matçının nəticəsi hələ ki, məlum deyil»
Türkiyənin «Star» telekanalının aparıcısı Ertem Şener: «Liverpul» qapımıza axın-axın gəlir. Ürəyimiz ağzımıza gəlməkdən, ağzımızda yer qalmadı, hörməti tamaşaçılar»
«NTV» idman aparıcısı Murad Kosova: «Girərsə, basket olar».
«NTV» idman şərhçisi Ərcan Taner: «Beşiktaş» bu gün bir qolu üç xalla aldı»
«Qalatasaray»ın keçmiş futbolçusu Arif Ərdəm: «Qolla qalib olsaq, başqa cür sevinərik»
«Qalatasaray»ın keçmiş prezidenti Özhan Canaydın «Teleqol» proqramında çıxış edən zaman:
- Bir telekanal tükü yeni bitmiş iki dənə köpək balasının görüntülərini «Olimpiya» stadionunu qurdlar basdı» deyə yayınlamışdı.
Aparıcı:
- O görüntüləri biz yayınlamışdıq
«Əli Sami Yən»dəki «Malatyaspor» matçından sonra keçmiş «Qalatasaray»lı futbolçu Hakan Ünsal: «Rəqib meydanında çox çətin bir matçı qazandığımız üçün şadıq»
«CNN türk» kanalının «3-cü dövrə» idman proqramının aparıcısı İlker Yasin: «Bu gün dəyərli qonaqlarımız arasında daha çox iki dəyərli qonağımız var»
Futbol şərhçisi: «Valş ikinci yarıda çox nəzərə çarpır. Demək olar ki, onu oyunda görmürəm» (Qeyd edək ki, Valş fasilədə oyunu tərk edib)
Aparıcı Murad Kosova: «Cərimə, cərimə, yox, cərimə deyilmiş. Görünür, mən hirslənmişəm»
Aparıcı:
- Ceyhunun oyununa nə deyirsən abi?
Şərhçi Ərman Toroğlu:
- İnanılmaz, tam döyülməli adam.
«NTV» telekanalının aparıcısı Burcu Əsmərsoy: «Fənərbaxça»nın baş məşqçisi məncə, italiyalı olacaq: Skolari»
Adananın yerli telekanallarından birinin futbol aparıcısı: «Bəli, hörmətli tamaşaçılar, «Adana Dəmirspor» təxminən meydana 11 nəfərə yaxın çıxdı»
Müxbir:
- Elazığspor»un fiziki hazırlığı demək olar ki, yoxdur.
«Elazığspor»un prezidenti Baki Aydın:
- Alarıq
Şərhçi:
«İkinci qol de Burun ayağının şeyindən oldu. Üçüncü qol da yenə de Burun şeyindən oldu»
«Star» telekanalının aparıcısı Ərdəm Şənər: «Əllərindən öpürəm Rüştü, hər yerindən öpürəm Rüştü…»
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya