Qol.Az-ın suallarını son günlərin formada olan və ardıcıl olaraq qələbələr qazanan «Bakı» komandasının baş məşqçisi Cüneyt Biçər cavablandırır
- Premyer Liqanın son matçında iddialı rəqiblərdən olan «Qarabağ» komandasını məğlub etdiniz. Quzanlı qəsəbə stadionunda uduzmayan «Qarabağ» komandasını məğlub etməklə həm də bir rekorda imza atdınız. Bu qələbəni gözləyirdinizmi?
- Oyundan öncə də sizinlə söhbətimdə Quzanlıya qələbə üçün getdəcəyimizi demişdim. Biz meydana qələbə üçün çıxmışdıq. Sevindirici haldır ki, bunu da bacardıq. Qələbə əldə etdiyimiz üçün çox şadam. Açığı, qələbə qazanacağımızı gözləyirdim. Çünki çempionluq şanslarımızı sürdürmək üçün bu vacib idi.
- Belə böyük hesablı qələbəni gözləyirdiniz?
- Mənim üçün hesabın önəmi yoxdur. Əsas qələbəni bayram etməkdir. Biz də hesabdan asılı olmayaraq, bunu əldə edə bildik. Məsələ ondadır ki, qollar hamısı zamanında gəldi. Bəlkə də qollar üçün doğru zaman olmasaydı, nəticə fərqli ola bilərdi. Digər bir məsələ hesabın gözlənilən olması idi. Çünki bundan öncəki matçlarda daha çox qol vəziyyətləri yaratsaq da, az-az hallarda fərqlənmişdik. Lakin «Qarabağ»la oyunda əldə etdiyimiz qol vəziyyətlərindən maksimum istifadə edərək, böyükhesablı nəticə əldə etdik. Bununla bərabər, böyük hesablı nəticəyə aldanmaq lazım deyil. Bu hesabla sadəcə oyunçularımızın özünə güvəni daha da yüksəldi.
- Qələbə qazanmağınızda «Qarabağ»ın oyunçularının əksəriyyətinin milli komandada olması lehinizə olan amil kimi qiymətləndirilə bilərmi?
- Fikrimcə, bu, bizim problem deyil. Oyun heç də asan olmadı. «Qarabağ» kifayət qədər güclü kolektivə malik komandadır. Hesab böyük olsa da, biz bu qələbəni xeyli çətinliklə qazandıq.
- Qarşıdan «Neftçi» ilə oyun gəlir. Bu komanda son turda «İnter» kimi güclü komandanı məğlub edib. Komandada psixoloji durum yüksək səviyyədədir. Bu oyundan nə gözləyirsiniz?
- «Neftçi» kifayət qədər güclü komandadır. Fikrimcə, bu oyun olduqca çətin keçəcək. Son qələbə ilə «Neftçi»də psixoloji vəziyyət xeyli yaxşılaşıb. Əgər çempion olmaq istəyiriksə, mütləq qələbə əldə etməliyik.
- Son qələbə həm də lider «İnter»in xal itirməsilə anlamlı oldu. Yəni lider dəyişincə aranızda olan xal fərqi də azaldı. Bu amil çempionluq şanslarınızı nə dərəcədə dəyişib?
- «Xəzər Lənkəran» və «İnter»in çempion olmaq üçün nə qədər şansları varsa, bizim də bir o qədər şansımız var. Ancaq bu şansdan faydalanmaq lazımdır. Əgər qarşıdakı oyunlardan sərfəli nəticələr əldə etsək, çempion ola bilərik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi