«Xəzər Lənkəran»la oyunda çox gözəl oynadıq. Hətta biz rəqibimizdən birbaş üstün idik». Bu sözləri Qol.Az saytına açıqlamasında «Qəbələ» komandasının baş məşqçisi Ramiz Məmmədov Unibank Premyer Liqasının final mərhələsinin altıncı turunda qarşılaşdıqları «Xəzər Lənkəran»la oyunu şərh edərkən bildirib. O, bu matçda qələbəni əldən verdiklərini deyib. Baş məşqçi əldə etdikləri şanslardan istifadə edəcəkləri halda qələbə qazana biləcəklərini də söyləyib: «Bu matçın birinci hissəsində biz «Xəzər Ləkəran»dan qat-qat yaxşı oyunadıq. İkinci hissədə isə bərabər oyun göstərdik. Amma buna baxmayaraq, hesabda geriyə düşdük. Daha sonra hesabı bərabərləşdirik. Hətta ikinci qolu da vuraraq, qələbə qazana da bilərdik. Bunun üçün bir neçə qol vəziyyəti də yaratdıq. Lakin əldə etdiyimiz bu imkanlardan faydalana bilmədik. Bizdən fərqli olaraq, rəqibimiz əldə etdiyi qol vəziyyətlərindən maksimum dərəcədə yararlandı».
R.Məmmədov matçın sonuna 20 dəqiqə qalmış rəqib oyunçunun cərimə meydaçasında əllə oynadığını qeyd edib. O, bu vəziyyətin matçın qırılma nöqtəsi olduğunu bildirib: «Bizim oyunçumuz rəqib oyunçunun başı üzərindən topu cərimə meydanına göndərdi. Lakin rəqib oyunçu əllə oynadı. Bu açıq-aşkar qayda pozuntusu idi. Amma hakim Rövşən Əhmədov penalti təyin etmədi. Ola bilər ki, hakim epizodu görməsin. Fikrimcə, o, bu vəziyyəti görməli idi. Ən azı buna boclu idi. Çünki bu vəziyyət matçın sonucuna təsir edən amildir. Məhz bu epizod bizim məğlubiyyətimizdə böyük rol oynadı. Bu məğlubiyyət demək olar ki, mükafatçılar sırasına düşmə imkanımızı heçə endirib. Əgər bu hal baş verməsəydi, biz «Xəzər Lənkəran» kimi güclü bir rəqibdən xal alardıq. Nəticədə bu, turnir cədvəlindəki vəziyyətimizlə yanaşı, oyunçularımızın psixoloji durumuna müsbət təsir edə bilərdi».
Qarşıdakı «Qarabağ»la oyundan danışan baş məşqçi bu matçın son dərəcə gərgin və maraqlı keçəcəyini diqqətə çatdırıb: «Bizim kimi, «Qarabağ» da yaralıdır. Onlar da bu oyuna yalnız qələbə üçün çıxacaqlar Çünki həm bizə, həm də «Qarabağ»a qələbə hava və su kimi lazımdır. Bizim yalnız avrokuboklara düşmək şansımız qalıb. Rəqib komanda isə medalçılar sırasına düşmək üçün şanslarını saxlayır. Bu amil matçın gərgin və maraqlı keçməsini söyləməyə imkan verir. Nəticə ilə bağlı proqnoz verə bilmərəm. Lakin ümidvaram ki, bu qarşılaşmada qələbə qazanan tərəf biz olacağıq».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı