"Ayaz Quliyevə də diqqət ayrılır" - Qurban Qurbanov

"Ayaz Quliyevə də diqqət ayrılır" -  Qurban Qurbanov
XƏBƏR 20 Dekabr 2017 / 14:20 6045
-  A +

“Futbolçuların hamısına diqqət ayrılır. Ayaz Quliyev də onların sırasındadır".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfrasnında deyib.

O, “Spartak”ın yarımmüdafiəçisinin yığmamızda oynamaq istəyinə münasibət bildirərkən onun yığmaya cəlb olunmasının mümkün olduğunu qeyd edib:

"Nə vaxt görsək ki, milli üçün faydası olacaq, bundan sonra danışıqlara başlayacağıq. Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik”.

AFFA-nın baş katibi Elxan Məmmədov isə Ayaz Quliyevlə iki il əvvəl danışdıqlarını bildirib: "Biz xaricdəki azərbaycanlı futbolçularla danışırıq. İki il əvvəl Ayazla görüşmüşdüm. Son qərar onun yox, Qurban Qurbanovun olacaq”.

Son xəbərlər