Jaba: “Quzanlıdan qələbəylə dönən ilk komanda “Bakı” olacaq”

Jaba: “Quzanlıdan qələbəylə dönən ilk komanda “Bakı” olacaq”
ÖLKƏ FUTBOLU 17 Aprel 2010 / 01:14 2309
-  A +

“Bakı”nın hücumçusu Jaba Unibank Premyer Liqansının XXVIII turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunda qələbə qazanacaqlarına inanır. Braziliyalı forvard Qol.Az-a verdiyi açıqlamada məsul oyunöncəsi bunları deyib: “Bizi “Qarabağ”a qarşı çətin oyun gözləyir. Rəqibimiz həqiqətən də güclüdür. Heyətlərində səviyyəli futbolçular var. Cari mövsümdə 3 dəfə artıq bu komandayla qarşılaşmışıq. Budəfəki matçın da çətin keçəcəyi şübhə doğurmur. Bununla belə, qələbə qazanacağımıza inanıram. Sabahkı oyunda 3 xal əldə etməklə çempionluğa bir qədər də yaxınlaşmaq istəyirik. Bilirəm ki, “Qarabağ” hələ Quzanlıda uduzmayıb. Amma bu da problem deyil. İnanıram ki, Quzanlıdan qələbəylə dönən ilk komanda “Bakı” olacaq”.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun