Cari mövsüm “Standard” üçün uğurlu alınmasa da, Sumqayıt klubunun hücumçusu Fərid Quliyev öz oyunu, vurduğu qollarla diqqət mərkəzində qalmağı bacarır. Qol.Az-ın müxbiri ilə söhbətində futbolçu hazırkı komandasının elitada qalmaq şansları, bombardirlik arzusu və milli barədə sualları cavablandırıb.
- Fərid, artıq mövsümün başa çatmasına cəmi 5 tur qalsa da, “Standard” hələ də Premyer Liqadakı yerini təmin edə bilməyib. Necə düşünürsən, qalan dövr ərzində bu vəzifənin öhdəsindən gələ biləcəksiz?
- Bütün gücümüzü məhz buna yönəltmişik. Komandamız son vaxtlarda nümayiş etdirdiyi futbol və qazandığı xallarla Premyer Liqada qalmağa layiq olduğunu sübut etməkdədi. Bizim də əsas məqsədimiz çempionatdakı yerimizi qorumaqdan ibarətdi. Final mərhələsində həm səfərdə, həm də evdə keçirdiyimiz oyunlarda qələbə qazanmışıq. Birinci dövrədəki 5 oyundan 3-də 3 xal qazandıq. “Olimpik-Şüvəlan”, “Karvan” səfərlərindən, eləcə də “Simurq”la ev oyunundan qələbəylə ayrıldıq. Təəssüf ki, “Turan” və “Muğan”la oyunlarda istədiyimiz nəticəni qazana bilmədik. Amma fikrimcə, həmin qarşılaşmalarda da
pis oyun sərgiləmədik. Ən azı 1 xal qazanmağa layiq idik. İstənilən halda hələ şanslarımız qalır. İnşallah, ikinci dövrədəki son 5 oyundan da ən azı 3-dən qələbəylə ayrılsaq, yəqin elitada qalmaq vəzifəsinin öhdəsindən gəlmiş olarıq. Bütün komanda həmin oyunlardan qələbə gözləyir. Nəzərə alsaq ki, həmin oyunlardan 3-nü evdə, yalnız 2-ni səfərdə keçirəcəyik, bu da əlavə bir üstünlükdü.
- Deməli, sən ev oyunlarınızın çoxluğunu özünüz üçün üstünlük hesab edirsən? Sumqayıtlı azarkeşlərin dəstəyini hiss edirsizmi?
- Təbii ki, doğma meydanda oynayanda daha rahat olursan, qələbə qazanmaq şansın çox olur. Şükürlər olsun ki, komandamız autsayderlər sırasında, aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, sumqayıtlı futbolsevərlər, tərəfdarlarımız bizi yalnız buraxmırlar. Hər oyunumuzda gəlib bizə dəstək olurlar. Bunun bizə az xeyri dəymir.
- Amma bir məqam da var ki, ilk dövrədəki iki ev oyunundan birində qələbə qazansaz da, “Turan”a məğlub oldunuz…
- Həmin oyunda bəxtimiz gətirmədi. Pis oynamasaq da, müəyyən səbəblərdən sonda məğlub olduq. Halbuki, Tovuz klubuyla dueldə məğlubiyyəti ağlımıza da gətirmirdik. Növbəti ev oyunlarında belə aqibətlə üzləşməyəcəyimizə ümidliyəm. İnşallah, hər şey istədiyimiz kimi olar. Üstəlik, ilk dövrədə səfərdə də pis çıxış etmədik. Yəni ikinci dövrədəki səfər oyunlarında da uduzmamaq perspektivi var. Prinsipcə, bu baxımdan da problemimizin olmadığını söyləyə bilərəm. Əsas olan isə, son dövrlərdəki parlaq oyunumuzun, uğurlarımızın davamını gətirməkdi.
- Premyer Liqada qalmaq yolunda əsas rəqib kimi hansı komandaları görürsən?
- Belə götürəndə, “Simurq” artıq elitadakı yerini təmin edib. “Olimpik-Şüvəlan”ın da ciddi qorxusu yoxdu. “Karvan” isə bu tur yeniləcəyi halda Premyer Liqayla vidalaşacaq. Belə olan halda əsas rəqiblərimiz “Turan” və “Muğan”dı. Əsas mübarizə də məhz bu komandalar arasında gedəcək. Hər şeydən önəmlisi isə, final mərhələsinin ikinci dövrəsinə də uğurla başlamaqdı. Məncə, “Olimpik-Şüvəlan”ı məğlub etsək, elitadakı yerimizi böyük ölçüdə təmin edəcəyik.
- Komandandan fərqli sən özün yüksəl yerlər uğrunda mübarizə aparırsan. Yəni bombardir olmaq şansın var. Bu barədə də fikirlərini bilmək maraqlı olardı.
- Mənim bombardirlər yarışında yer almağımın elə də, böyük əhəmiyyəti yoxdur. Əsas odur ki, komandam Premyer Liqadakı yerini qorusun. Amma bununla yanaşı bombardirlər yarışında da yer almaq, çempionatın ən sərrast futbolçusu olmaq istəyirəm. Axı bombardir olmağı kim arzulamaz? Çempionatın başa çatmasına 5 tur var. Qarşıdakı oyunlarda qollar vurub, əsas rəqiblərimi arxada qoya bilərəm. Hər halda komandamın elitadakı yerini qorumasıyla yanaşı, bu vəzifənin də öhdəsindən gəlmək üçün əlimdən gələni edəcəm.
- Millinin son toplanışında da iştirak etdin. Hansısa yorğunluq yoxdu ki?
- Xeyr, heç bir yorğunluq yoxdu. Qarşıda bizi yoxlama oyunları gözləyir. Bu toplanış həmin oyunara hazırlıq məqsədi daşıyırdı. Gələn dəvətlərdən istifadə edib, əsas komandada da möhkəmlənmək istəyirəm.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı