“Neftçi”nin müdafiəçisi Kirill Petrov Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı futbolçu əvvəlcə oyunu şərh edib.
- Kifayət qədər maraqlı oyun alındı. Fərqlənmək üçün şanslarımız çox olsa da, istifadə edə bilmədik. Həmin epizodlardan sona qədər yararlanmaq lazım idi. Çətin olacağını bilirdik. Birinci hissədə sanki oynamaqdan sıxılırdıq. İkinci yarıda isə daha yaxşı təsir bağışladıq. Məncə, oyuna nəzarət edən tərəf biz idik. Heç-heçəyə nail ola bilərdik. Amma alınmadı. Digər tərəfdən, 0:2, 0:3 hesabı ilə də uduza bilərdik. Çünki bəzi epizodlarda səhvlərə yol verirdik.
- Oyunun sonlarına doğru “Qarabağ”ın yarımmüdafiəçisi Miçellə aranızda mübahisə düşdü. Nə baş vermişdi?
- Adi oyun epizodu idi. Miçelə elə gəldi ki, onu qəsdən vurmuşam. Ona görə aramızda kiçik mübahisə düşdü. Oyundan sonra bir-birimizin əlini sıxdıq və uğurlar arzuladıq.
- Çempionatın birinci hissəsi başa çatdı. Çıxışınızı necə dəyərləndirirsən?
- 14 turu 2 hissəyə bölmək olar: Tərlan Əhmədova qədər və onun gəlişindən sonrakı dövr. Yeni baş məşqçi komandaya yaxşı motivasiya və özünəinam gətirib. İndi daha yaxşı futbol göstəririk.
- Qarşıda “Zirə” ilə kubok oyunu var və avrokubolara vəsiqə baxımından “Neftçi” üçün çox vacib qarşılaşmadır...
- Bizim 2 məqsədimiz var: birincisi, kubokda finala qədər irəliləmək, ikincisi isə çempionatda 4-cü yeri tutmaq. Yalnız bu halda Avroliqaya vəsiqə qazana bilərik.
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb