“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 14-cü turunda evdə “Neftçi”yə 1:0 hesab ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Çox vacib 3 xal qazandıq. Son vaxtlar topla yaxşı davranan rəqibə qarşı oynadıq. Biz də buna görə çalışdıq ki, topla daha çox rəftar edək. Düşünürəm ki, maraqlı oyun oldu. Futbolçularımı təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram.
- Baş verən son hadisələrə millinin baş məşqçisi kimi münasibətiniz necədir?
- Kənardan asan gələ bilər. Hansısa klubun işinə qarışmaq düzgün çıxmaz. Buna vaxt lazımdır. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Mənim açıqlama verməyim düzgün olmaz. Bizim futbolda belə şeylər yaxşı hal deyil. Bundan əvvəl də həmişə UEFA-dan xəbərdalıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdır. Ancaq indiki halda həm o futbolçular, həm də “Neftçi” və “Keşlə” haqda fikir bildirmək düzgün olmazdı. Xaricdə bu, bizə antipatiya yarada bilər.
- Düşünmürsünüz ki, bu kimi hallar “Qarabağ”ın Çempionlar Liqasındakı uğuruna kölgə salır?
- Bu hallar təkcə bizdə yaşanmır. İnsanın zəif yerləri var, bəzən özünü saxlaya bilmir.
- Ansi Aqollinin durumu nə yerdədir?
- O, “Roma” ilə oyunda çıxış edə bilməyəcək. Ümumiyyətlə, onun üçün il başa çatıb. Çox güman ki, müdafiənin mərkəzində Elvin Yunuszadə oynayacaq.
- Son 20-25 dəqiqədə nəzarəti əldən verdiniz. Bu, xüsusi tapşırıq idi?
- Düz qeyd etdiniz. Bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Bu üzdən də Coşqunu meydana buraxdım.
- Mahir Mədətovun xarici klubların diqqətində olması barədə nə deyə bilərsiniz?
- Bu barədə onun atasından soruşun. Məndə bu haqda bir məlumat yoxdur.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı