Unibank Premyer Liqasının final mərhələsinin ilk turunda “Xəzər Lənkəran”a ağır yenilgidən (1:4) sonra özünü toparlayan və məğlubiyyət tanımayan “Qəbələ” həftəsonu cənub təmsilçisiylə cari mövsümdə son duelinə çıxacaq. Belə çətin qarşılaşma ərəfəsində Qəbələ klubunun baş məşqçisi Ramiz Məmmədov Qol.Az-ın suallarını cavablandırıb.
- Ramiz müəllim, “Xəzər Lənkəran”la çətin oyun ərəfəsində komandanızda vəziyyət nə yerdədi? Bu oyuna tam hazırsızmı?
- Demək olar ki, hazırıq. Həmişəki qaydada öz hazırlıqlarımızı davam etdiririk. Bilirik ki, çox çətin rəqiblə qarşılaşacağıq. Bildiyiniz kimi, biz final mərhələsinin açılış turunda məhz “Xəzər Lənkəran”a məğlub olmuşduq. Hansı ki, bu, cari mövsümdə aldığımız ən ağır məölubiyyətdi. Ancaq mənim fikrimcə, həmin nəticə heç də oyuna görə olmamışdı. Biz heç də 1:4 hesablı məğlubiyyətə layiq futbol sərgiləməmişdik. Əksinə rəqiblə başa-baş mübarizə aparsaq da, adi səhvlər ucbatından qollar buraxmışdıq.Lakin bu dəfə həmin səhvləri təkrarlamaq istəmirik. Düzdü, həmin oyunu unudub, keçmişlə yaşamaq istəmirik. Ancaq qarşıdakı turlarda, oyunlarda əvvəlki səhvlərimizi təkrarlamamaq üçün həmin oyunu yaddan çıxarmağı da düzgün saymıram. Hər halda var gücümüzlə işləyirik, çalışırıq ki, doğma meydanda, azarkeşlərimiz qarşısında keçirəcəyimiz oyunda bütün futbol azarkeşlərinə sübut edək ki, həqiqətən də Lənkərandakı oyunda o çəkildə məğubiyyətə layiq deyildik. Bütün fikrimizi həmin yenilginin qisasını almağa, 3 qazanmağa yönəltmişik.
- Heyətdə hansısa çatışmazlıqlarınız varmı?
- Carı mövsümdə zədə baxımından ən çox əziyyət çəkən komandalardan biri məhz “Qəbələ”di. Son altı ayda ümumiyyətlə zədə epidemiyası ucbatından eyni heyətlə mübarizə aparmaqdan məhrum olmuşuq. Şahmat oynamırıq ki, zədə amili ilə üzləşməyək. Futbolda zədədən qaçmaq mümkünsüzdü. Amma təəssüf ki, bu baxımdan biz daha çiddi problemlərlə üzləşirik. “Xəzər Lənkəran”la oyun ərəfəsində də oxşar problemlərimiz var. Düzdü uşaqların hər biri meydana çıxıb, öz sözünü demək, komandasına yardımçı olmaq istəyir. Amma biz zədəli halda onların vəziyyətinin daha da pisləşəcəyindən qorxuruq. Bir var futbolçu tam hazır olsun, bir də var iynə, ağrıkəsici sayəsində. Hazırda Namiq Əliyev, Veliçko Veliçkov, Anatoli Ostap və Maksim Skoxorodovun zədəsi var. Namiqlə Maksimin zədəsi daha ciddidi və qarşıdakı görüşdə forma geyməyəcəkləri dəqiqdi. Amma Ostapla Veliçkonun meydana çıxacağına ümidimiz var. Həkimlərimiz bundan ötrü əllərindən gələni edirlər.
- “Xəzər Lənkəran”a ağır yenilgidən sonra final mərhələsində digər rəqiblərinizin heç birinə yenilmədiz. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirəcəyinizə inanırsızmı?
- Təbii ki, inanırıq. İnam olmayan yerdə, heç bir uğur qazanmaq olmaz. “Xəzər Lənkəran”a hörmətlə yanaşsaq da, qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. Çempionluq şansımız olmasa da, ən azı Avropa Liqasına vəsiqə qazanmağımız mümkündü. Rəhbərlik də bu yolda bizə inanır. İstəyirik ki, bu uğura nail olmaqla, onların da bizə olan inamını doğruldaq. Avroliqaya vəsiqədən bizi cəmi 2-3 addım ayırır. İnşallah, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib, bu vəzifənin öhdəsindən gələcəyik.
- Ancaq “Xəzər Lənkəran” da asan məğlub olan komandalardan deyil. Nəzərə alsaq ki, son turda son ölkə çempionu “Bakı”ya yeniliblər, deməli bu dəfə ən azı 1 xal qazanmağa çalışacaqlar.
- Təbii ki, onların da öz məqsədləri var. Təsadüfi deyil ki, Lənkəran klubu çempionluq uğrunda mübarizə aparır. Çempionluq üçün oynayan komandalarla mübarizə aparmaq isə heç vaxt asan sayıla bilməz. Yaxşı, təcrübəli futbolçulardan təşkil olunan heyətləri var. Ağasəlim müəllim (cənubluların baş məşqçisi Ağasəlim Mircavadovu nəzərdə tutur – red.) kimi təcrübəli məşqçisi var. Onun həyata keçirdiyi işlər, seleksiyalar özünü demək olar ki, doğruldub. Lakin bütün bunlara baxmayaraq, biz də asanlıqla təslim olmamağa çalışacağıq.
- Son oyunlarda cəza ucbatından komandasını meydana çıxara bilməyən Mircavadov sizinlə oyunda da eyni aqibəti yaşayacaq. Siz bunu komandanız üçün əlavə üstünlük hesab etmirsiz ki?
- Xeyr, qətiyyən. Bu, düzgün yanaşma deyil. Baş məşqçi komandasını yanında oldu, olmadı, görülən işlər öz sözünü deyir. Ağasəlim müəllim cəzalı olsa da, öz işlərini görür. Düzdü, hər bir baş məşqçinin komandasının başında olması daha yaxşıdı. Amma belə cəzalanma halları olanda futbolçular daha ikiqat səylə çalışıb, baş məşqçinin yoxluğunu hiss etdirməməyə çalışırlar. Məncə, “Xəzər Lənkəran”ın heyəti bunu dərk edən peşəkar oyunçularla kifayət qədər zəngindi. Orda Tofiq Mustafayev, Hafiz Əliyev kimi təcrübəli köməkçilər baş məşqçinin yoxluğunu hiss etdirməzlər. Ağasəlim müəllimə də tezliklə komandasının başına dönməyi arzulayıram.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı