«Qəbələ» ilə oyun çox çətin olacaq. Çünki bu komanda kifayət qədər güclüdür. İlk «altılıq»da keçirdiyi son dörd oyunda məğlub olmayıb. Amma biz də güclü komandayıq və «Qəbələ»ni məğlub edəcək gücdəyik». Bu sözləri Qol.Az-ın müxbirilə söhbətində «Xəzər Ləqkəran»ın braziliyalı yarümmüdafiəçisi Mario Souza deyib. O, artıq «Bakı»dan alınmış məğlubiyyəti unutduqların və qarşıdakı oyuna kökləndiklərini söyləyib: «Rəqib komanda ev oyunlarını süni örtüklü meydanda keçirir. Buna görə də biz bir neçə gündür ki, məşqlərimizi süni örtüklü meydanlarda keçiririk. Artıq komandamız bu oyuna tam hazırdır. Qəbələyə yalnız qələbə üçün gedəcəyik. İnşallah, oradan sərfəli nəticə ilə dönərək çempionluq şanslarımız sürdürərik».
Souza çempionluğun öz əllərində olduğunu qeyd edib. Onun sözlərinə görə, ilk «altılığ»ın üst pillələrində qərarlaşan komandalarla evdə qarşılaşmaları «Xəzər Lənkəran»ın çempionluq yolundakı üstünlüklərindən biridir: «Hesab edirəm ki, çempionluq bizdən aslıdır. Əgər evdə qarşılaşacağımız «Bakı» və «İnter»i məğlubiyyətə uğratsaq, yəqin ki, çempionluğu bayram edə bilərik. Düzdür, ilk «altılıq»da olan digər komandalar da kifayət qədər güclüdür. Amma biz hər bir komandanı məğlub edəcək gücdəyik. Təbii ki, çempion olmaq istəyiriksə, qarşımızakı maneələri bir-bir dəf etməliyik».
Baş məşqçi Ağasəlim Mircavadovun cəzası üzündən matçları tribunadan izləməsinin komandanın oyununa necə təsir etməsi barədə suala gəlincə, Souza bunları söyləyib: «Təbii ki, baş məşqçimizi məşqçilər heyətində görməmək istər-istəməz oyunumuza öz təsirini göstərir. Ağasəlim müəllim oyun ərzində meydanın kənarına çıxaraq müəyyən göstərişlər verir ki, bu da komandanın oyununa müsbət təsir edir. Həqiqətən də, Ağasəlim müəllimi görmədən, habelə onun göstərişlərinə əməl etmədən oynamaq çox çətindir. Hər halda onun göstərişlərini görmək və buna əməl etmək nəticəyə öz təsirini göstərir. Lakin başqa çarəmiz yoxdur. Məşqçimiz tribunada olsa da, çalışırıq ki, sona qədər döyüşək və onun yoxluğunu hiss etdirməyək».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər