Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb.
Bu haqda Qol.az-a Ağdam klubundan məlumat verilib. Satışa çıxarılan bütün 67 min 500 biletin hamısının satıldığı bildirilib. Beləliklə, “Qarabağ” – “Roma” matçında stadion ağzınadək dolu olacaq.
Qeyd edək ki, bu, Azərbaycan futbol tarixində rekord göstəricidir. İlk dəfə olaraq milli və klub səviyyəsində bir komandamızın matçına bu qədər bilet satılıb.
Xatıradaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-si, saat 20.00-da başlanacaq.
"Qarabağ" bilet alan azarkeşlərə müraciət etdi
Müraciətdə deyilir: "Artıq 41 min azarkeşimiz "Roma"yla matça olan vauçerlərini biletlərlə dəyişib. Azarkeşlərimizdən ən qısa zamanda vauçerləri biletlərlə dəyişmələri xahiş olunur.
Stadiona giriş biletlə mümkün olacaq, vauçerlə qarşılaşmaya gələn azarkeşlərimiz stadiona buraxılmayacaq.
Vauçerləri aşağıdakı satış məntəqələrindən biletlərlə dəyişə bilərsiniz:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu