“Bakı”nın baş meneceri Zeynal Məmmədovun müsahibəsi
- Zeynal müəllim, iki oyundur ki, komandanız qələbəyə həsrətdir. İndi vəziyyət necədir?
- Təəssüf ki, “Neftçi” və “Qəbələ” ilə qarşılaşmalarda mühüm xallar itirdik. Qəbələ klubuyla matçda üstün oynasaq da, imkanlardan lazımınca yararlana billmədik. Nəticədə bu qarşılaşmada futbolda yazılmayan “vurmayana-vurarlar” qanunu işlədi. İndi komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir.
- Qarşıda daha çətin, “İnter”lə prinsipial oyun var.
- Futbolçularımız baş verənləri unudaraq, həvəslə bu oyuna hazırlaşırlar. Liderdən 6 xal geridəyik və qələbə bizə hava-su kimi lazımdır. Çünki məğlubiyyət bizi ilk pillədən xeyli uzaqlaşdırmış olar. Çox istərdim ki, tamaşaçılar oyundan zövq alsınlar, hakimlər ədalətli oyun idarə etsinlər və güclü komanda qalib gəlsin. İnşallah, istəyimizə çatarıq.
- Oyunun süni örtüklü meydançada keçirilməsi mənfi təsir göstərə bilərmi?
- Rəqib komanda daim orada oynadığından öyrəşib. Bilirsiniz ki, belə meydanda futbolçular tez-tez zədə alırlar. Ancaq fikrimcə, meydan faktorunun oyunumuza ciddi təsiri olmayacaq. Bizim futbolçular da süni örtükdə yaxşı oynaya bilirlər və onlara inamım böyükdür.
- Sizcə, Bülənt Qorxmaz istefasıyla komandanızı pis vəziyyətdə qoymadımı?
- Bu fikirlə razıyam. Gərək o, may ayınadək gözləyəydi. Özü deyirdi ki, həm çempion olmaq, həm də kuboku qazanmaq şansımız var. Bu sözləri demək asandır. Bunları əməldə həyata keçirmək lazım idi.
- Belə çıxır ki, türkiyəli məşqçi özünə güvənmirdi?
- Bəli. O, yaxşı futbolçu olsa da, məşqçi kimi tam püxtələşməmişdi.
- O, sizi gizli iclas keçirərək, işinə qarışmaqda günahlandırıb.
- Bülənt Qorxmaz düz danışmır. O, komandada olduğu müddətdə ona hərtərəfli şərait yaradılıb, daim dəstək verilib. İclasa gəlincə, bir neçə dəfə keçirilən toplantıda Büləntdən savayı, bütün məşqçilər iştirak ediblər. Komandamız bəzi oyunlarda bərbad oynamışdı. İstəyirdik ki, futbolçuların dərd-sərlərini, çatışmazlıqlarını öyrənək. İnanın ki, iclaslarda taktikadan danışılmayıb, heç bir tənqidi fikir səslənməyib.
- Onu seçdiyinizə indi peşman deyilsiniz?
- Qəti. Bülənt Qorxmaz istefa versə də, “Bakı”da zəhmət çəkdi, iz buraxdı. Komandamızı 10-cu pillədən 3-cü yerə, həmçinin kubokun yarımfinalına daşıdı. Bunu danmaq olmaz. Göydə Allah var.
- Razılaşın ki, yeni legionerlər özlərini doğrultmurlar.
- Razıyam. Onlarda istək lazımı səviyyədə deyil və qələbə üçün gözləri alışıb-yanmalıdır.
- Yeni baş məşqçinin adı nə zaman məlum olacaq?
- İndi bütün diqqət oyunlara yönəlib. Bununla yanaşı, baş məşqçi axtarışındayıq. Mümkün qədər bu məsələni tez həll etməyə çalışırıq. Yeni məşqçi gəlib komandamızın oyununa baxıb, yaxşı bələd olsun və bir sözlə, vaxt itirməyək. 15-ə yaxın namizədimiz var. Bunlar sırasında tanınmış mütəxəssislər də, çox tanınmayanlar da var. - Namizədlər arasında türkiyəli məşqçi Yılmaz Vuralın da olduğu bildirilir...
- Bu, boş söhbətdir. Qeyd edim ki, Türkiyə mütəxəssislərindən iki məşqçiyə xüsusi rəğbətim var. Bunlar Bülənt Uyğun və Ərtoğrul Sağlamdır. Onlar gənc məşqçi olsalar da, özlərini təsdiq ediblər. Bülənt Uyğunun meneceri vitse-prezidentimiz Tunc Afşarla əlaqə saxlayıb. Seçim zamanı klubun strategiyasına uyğun məşqçiyə üstünlük veriləcək. Çox istəyirik ki, yeni çalışdırıcı legionerlərlə yanaşı, yerli futbolçulara da önəm versin.
- Bəs, Ərtoğrul Sağlam siyahınızda varmı?
- Xeyr.
mənbə: supersport.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı