«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov sabah «Neftçi»yə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az-ın suallarını cavablandırıb
- Ramiz müəllim, «Neftçi» ilə oyuna hazırlıq necə gedir?
- Adi qaydada hazırlıq keçirik. Komanda da yüksək abu-hava var. «Neftçi» ilə oyuna adi bir matç kimi yanaşırıq. Yəni xüsusi hansısa addımların atılmasına ehtiyac yoxdur. Çünki cari çempionatda «Neftçi» ilə iki dəfə qarşılaşaraq bu oyunlarda 4 xal toplamağı bacarmışıq. Bu komandadan çəkinmirik.
- Komandanızda hansısa problemlər var?
- İki oyunçularımız zədəlidir. Komandamızın kapitanı Kənan Kərimov isə zədəsini sağaldıb. İnşallah sabahkı oyunda o meydana çıxar.
- Son zamanlar «Qəbələ» yaxşı təsir bağışlayır, «Neftçi» ilə oyunlardan xal almağı da bacarmısınız. Sabahkı qarşılaşmadan gözləntiləriniz nədir?
- Təbii ki, bu oyuna qələbə üçün çıxacağıq. Ən əsası sabah yaxşı oyun göstərməklə azərkeşlərimizi sevindirmək istəyirik. Çünki azarkeşlərimiz qələbələrə layiqdir. Son zamanlar uğurlu nəticələri məhz öz azərkeşlərimizə ərmağan edirik. Bununla yanaşı, «Neftçi» heç də məğlub edə bilməyəcəyimiz rəqib deyil. Fikrimcə, biz «Neftçi»ni məğlub edəcək gücdəyik. Cari çempionatda geridə qalan iki oyunda bunu sübut etmişik. İnanıram ki, sabahkı oyunda da bunu bacaracağıq. Düzdür, «Neftçi» heç də zəif komanda deyil. Fikrimcə, matç kifayət qədər çətin keçəcək. Əgər uğurlu oyunlar seriyamızı davam etdirmək istəyiriksə, «Neftçi»ni məğlub etməliyik.
- Son uğurlu çıxışlarınızdan sonra çempionluq hesabları aparırsınızmı? «Qəbələ»nin bunun üçün şanslarını necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, indidən bu barədə danışmaq hələ tezdir. Çünki «Neftçi» ilə mühüm oyunumuz var. Bu oyundan sonra çempionluq şanslarımızın nə dərəcədə olduğunu söyləyə bilərəm. Əgər bu matçda qələbə qazana bilsək, yəqin ki, bu yolda böyük şans qazanmış olarıq.
- Necə düşünürsünüz, sabahki matçda əleyhinizə hakim xətaları ola bilərmi?
- Belə düşünməzdim. «Neftçi»yə hakimlərin kömək etməsi ilə bağlı deyilənlərə də inanmıram. Fikirləşmirəm ki, «Qəbələ» «Neftçi» oyununda hakimlər əleyhimizə, digər komandanın leyhinə qərarlar versinlər. Sabahkı matçı kifayət qədər təcrübəli ədalət təmsilçisi idarə edəcək. İndiyədək «Neftçi» ilə oynadığımız oyunlarda paytaxt klubuna qarşı hansısa bir hakim təəssübkeşliyi görməmişəm.Yəqin bu oyunda həmin matçlardan biri olar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi