Birinci diviziona 8 komanda buraxıldı

Birinci diviziona 8 komanda buraxıldı
XƏBƏR 9 Sentyabr 2017 / 15:58 4582
-  A +

Bu gün AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, I divizionda iştirak üçün yalnız sənədləri qaydasında olan 8 kluba icazə verilib.
 
“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-in çempionatda iştirakı dəiqləşib.
 
I divizionda iştirak etmək üçün müraciət etmiş digər 8 kluba - “Binə”, “Şahdağ Qusar”, “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı”ya sənədlərini tam təqdim etmək üçün vaxt verilib. Bu komandalar sentyabrın 12-də saat 18:00-dək sənədləri təqdim etməlidi.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner