"Qarabağ"ın rəqibinin oyunu təxirə salındı

"Qarabağ"ın rəqibinin oyunu təxirə salındı
XƏBƏR 8 Sentyabr 2017 / 21:55 4427
-  A +

İtaliya A Seriyasının 3-cü turunda sabah keçirilməli olan “Sampdoriya” – “Roma” oyunu təxirə salınıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən  matçın başqa vaxtda keçirilməsi qərara alınıb. Görüşün yeni vaxtı qarşıdakı günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə eyni qrupda mübarizə aparacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner