Reynaldo "Adanaspor"dan göndərildi

Reynaldo "Adanaspor"dan göndərildi
XƏBƏR 8 Sentyabr 2017 / 17:51 9498
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva klubsuz qalıb.

Qol.az-ın məlumatına görə, braziliyalı hücumçu ötən mövsüm çıxış etdiyi Türkiyənin “Adanaspor” klubundan göndərilib.

Türkiyə mətbuatı 28 yaşlı futbolçunun xroniki zədəsinin olduğu üçün klubun bu addımı atdığını yazıb.

Qeyd edək ki, 2013-2016-cı illərdə “Qarabağ"da çıxış edən Reynaldo Ağdam klubunda 3 dəfə çempionluq, iki dəfə isə kubok sevinci yaşayıb. Vurduğu qollarla "Qarabağ"ın uğurlarında böyük pay sahibi olan "sambaçı" bu ilin yanvarından çıxış etdiyi Adana təmsilçisində bir dəfə də rəqib qapılarına yol tapa bilməyib.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner