UEFA “Qarabağ”la bağlı səhvini düzəltdi

UEFA “Qarabağ”la bağlı səhvini düzəltdi
XƏBƏR 7 Sentyabr 2017 / 15:40 9762
-  A +

UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində yol verdiyi səhvi aradan qaldırıb.

Qol.az-ın məlumatına görə, qrumun rəsmi saytı əvvəlcə  komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi.

U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin A.Hacıyev müvəqqəti olaraq - Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.

Qitənin ali futbol qrumu artıq səhvini düzəldib və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu