"Milan"ın futbolçusu "Trabzonspor"da

"Milan"ın futbolçusu "Trabzonspor"da
XƏBƏR 7 Sentyabr 2017 / 14:21 4764
-  A +

“Trabzonspor” “Milan”ın futbolçusu Xose Sosanı transfer edir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.

Bu transfer üçün “Trabzonspor”un qarşı tərəfə 3,5 milyon avro ödəyəcəyi iddia edilir. 

İtaliya klubunun idman direktoru Massimiliano Mirabelli də yerli mətbuata açıqlamasında Türkiyə klubu ilə anlaşdıqlarını təsdiqləyib. Keçidin yaxın 2 gündə rəsmiləşəcəyi gözlənilir.

Xose Sosa “Milan”a 2016-cı ildə Türkiyənin digər klubu “Beşiktaş”dan keçib.

Qeyd edək ki, Türkiyədə yay transfer pəncərəsi sentyabrın 8-də bağlanacaq.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu